Sandra Kim — Vikipediya

Sandra Kim
Sandra Kim 2012-ci ildə
Sandra Kim 2012-ci ildə
Ümumi məlumatlar
Doğum adı Sandra Kaldarone
Ləqəbi Sandra Kim
Doğum tarixi 10.15.1972
Doğum yeri Montenye, Belçika
Vətəndaşlığı  Belçika
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1986-cı ildən
Janr pop musiqisi
Musiqi aləti vokal
sandrakim.be
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sandra Kaldarone (d. 15 oktyabr 1972, Montenye, Belçika) və ya səhnə adı ilə Sandra Kimitalyan əsilli Belçika müğənnisi. O, ifa etdiyi "J'aime la vie" mahnısı ilə 1986-ci ildə Belçikaya Avroviziya Mahnı Müsabiqəsində ilk qələbəsini qazandırmışdır.

Həyatı və musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Sandra Kaldarone 15 oktyabr 1972-ci ildə Belçikanın Montenye şəhərində anadan olmuşdur. Onun atası İtaliyanın Abruttso regionundan olan immiqrant idi.[1] Sandra 7 yaşından oxumağa başlamış və 13 yaşında ikən Norveçin Bergen şəhərində keçirilən 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanaraq müsabiqə tarixinin ən az yaşlı qalibi olmuşdur. Kim eyni zamanda Belçikanı Tokioda keçirilən Yamaha musiqi festivalında "Il était une fois... la vie" mahnısı ilə təmsil etmişdir. 2011-ci ildə onun pop rok albomu olan Make Up işıq üzü görmüşdür. Albomda Belçikanın tanınmış bəstəkarları (Salvatore Adamo, Dani Klein, Ozark Henri, Antoni Sinatra, Jak Duval və David Bartolome) tərəfindən bəstələnmiş mahnılar yer almışdır.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Sandra Kim Olivye Jerar ilə ailə həyatı qurmuş, lakin bir il sonra cütlük boşanmışdır. O, 2001-ci ildə Yürqen Delanj ilə evlənmişdir.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • J'aime la vie (1986)
  • Bien dans ma peau (1988)
  • Balance tout (1991) / Met open ogen (1991)
  • Les Sixties (1993) / Sixties (1993)
  • Onvergetelijk (1997, Dutch)
  • Heel diep in mijn hart (1998)
  • Make Up (2011)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Spéciale Italie: gros plan sur la solidarité belge". Rtbf.be. 9 aprel 2009. 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]