Samuel Ferquson — Vikipediya

Samuel Ferquson
ing. Samuel Ferguson
Doğum tarixi 10 mart 1810(1810-03-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 avqust 1886(1886-08-09)[1][2][…] (76 yaşında)
Fəaliyyəti arxivçi, şair, arxeoloq, yazıçı, vəkil
Əsərlərinin dili ingilis dili[4]
İmza
Vikimənbənin loqosu Samuel Ferquson Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samuel Ferquson (10 mart 1810[1][2][…], Belfast[3]9 avqust 1886[1][2][…]) — irland şairi, ser, İrlandiya Kral Akademiyasının prezidenti.

1832-ci ildə Dublin Triniti Kollecinin hüquq fakültəsini bitirmişdir və "Gənc İrlandiya" hərəkatına qoşulmuşdur. 1840-cı illərdən İrlandiya tarixi və arxeologiyası sahəsində tədqiqatlar aparmış, kelt mədəniyyətini öyrənmək üçün 1863-cü ildə İrlandiya, Böyük BritaniyaFransa Bretanına səyahət etmişdir. 1867-ci ildə İrlandiya məhkəmə aktları mühafizinin köməkçisi olmuşdur. 1878-ci ildə rıtsar rütbəsinə yüksəlmişdir. Şair kimi ilk əsərini 1832-ci ildə yazıb. "Konqal" poeması və kelt folklor süjetləri əsasında yazdığı balladaları ilə geniş şöhrət qazanmışdır. Elmi əsərlərin, o cümlədən "İrlandiya, UelsŞotlandiyada oqam kitabələri"nin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]