Samir Cəfərov — Vikipediya

Samir Cəfərov
Samir Qadir oğlu Cəfərov
Ümumi məlumatlar
Ləqəbi Samir Qadir
Doğum tarixi 19 noyabr 1976(1976-11-19) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 1999-cu ildən
Janrlar opera, pop musiqisi, operatik pop[d]
Səs tembri tenor
Əlaqəsi Fidan Qasımova
Təhsili
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samir Qadir oğlu Cəfərov (19 noyabr 1976, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2012).

Həyatı[redaktə | mənbəni redaktə et]

19 noyabr 1976-cı ildə Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur[1]. 1993–1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999–2001-ci illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir.

Ü. Hacıbəylinin "Koroğlu" operasında Koroğlu, Cüzeppe Verdinin "Traviata" operasında Alfred və "Riqoletto"da Hersoq partiyalarını ifa edir.

2001-ci ildə Almatında keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olmuşdur (2 yer). 2002-ci ildə Moskva şəhərində "Qalina Vişnevskayanın Opera Mərkəzi"ndə təhsil almışdır.

Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparici partiyaları, habelə mahnı və romanslar təmsil olunmuşdur.

Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.

2007-ci ildə S. Cəfərov Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.[12]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cəfərov Samir Qadir oğlu". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  11. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  12. Axar.az. "Samir Cəfərova vəzifə verildi" (az.). Axar.az. 22.06.2017. 2018-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
  13. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]