Salvador Sobral — Vikipediya

Salvador Sobral
port. Salvador Sobral
Salvador Sobral Avroviziya 2017-nin açılış mərasimində
Salvador Sobral Avroviziya 2017-nin açılış mərasimində
Ümumi məlumatlar
Doğum adı Salvador Vilar Braamkamp Sobral
Doğum tarixi (34 yaş)
Doğum yeri Lissabon, Portuqaliya
Vətəndaşlığı  Portuqaliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2009–h.h.
Janr
Musiqi aləti piano
Albom şirkəti Valentim de Carvalho
Əlaqəsi Luiza Sobral
Mükafatları Commander of the Order of Merit of Portugal
salvadorsobralband.bandcamp.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salvador Vilar Braamkamp Sobral (port. Salvador Vilar Braamcamp Sobral; d. 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir.[1] Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyancakatalanca.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

2009–2010: Ídolos[redaktə | mənbəni redaktə et]

Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər. Salvador yarışmada 7-ci yerdə qərarlaşmışdır. Onun bacısı Luiza Sobral da daha öncə Ídolos yarışmasında iştirak etmiş və üçüncü yeri qazanmışdır.

2011–2014: Barselona və ilk konsertlər[redaktə | mənbəni redaktə et]

2011-ci ildə psixologiya üzrə təhsilini başa vuran Salvador Barselonada yerləşən "Taller de Músics" musiqi məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbdə təhsilini bitirən Sobral bir çox caz festivallarında iştirak etmişdir[2].

2016–hal-hazırda: Excuse Me albomu və Avroviziya[redaktə | mənbəni redaktə et]

2 avqust 2016-cı ildə Salvador Sobralın ilk sinqlı olan "Excuse Me" işıq üzü görmüşdür. Elə həmin gündə də müğənninin eyni adda debüt albumu dinləyicilərə təqdim olunmuşdur.

Portuqaliyanın dövlət kanalı RTP-nin Avroviziya-2017 üçün təşkil etdiyi "Festival da Canção" müsabiqəsində qalib gələn Salvador Sobral "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək, Portuqaliyaya 53 ildir həsrətində olduğu Avroviziya qalibiyyətini qazandırmışdır[3]. Ölkəyə müsabiqədəki ilk uğurlu nəticəsini qazandıran mahnı məhz Salvadorun bacısı Luiza Sobral tərəfindən bəstələnmişdir. Salvador müsabiqədə həm xalq səsverməsinin, həm də münsif səsverməsinin qalibi olmuş və ümumilikdə 758 xal toplayaraq qələbə qazanmışdır. Ürək çatışmamazlığından əziyyət çəkən gənc müğənni müsabiqənin məşqlərində iştirak edə bilməmiş və bacısı Luiza məşqlərdə Salvadoru əvəz etmişdir.

2017-ci ilin iyul ayında Salvador pianoçu Xulio Resendenin müşaiyəti ilə Lissabonda keçirilən Super Bock Super Rock festivalında çıxış etmişdir. Həmin ilin sentyabr ayında müğənni Facebook hesabından verdiyi paylaşımda sağlamlığı ilə bağlı olan problemlər səbəbindən musiqi karyerasına qeyri-müəyyən müddətliyinə fasilə verməli olduğunu elan etmişdir. O sentyabr ayının 8-də ürək nəqli əməliyyatından öncəki son konsertini vermişdir. Dekabr ayının 9-da Salvadora ürək nəqli edilmiş və əməliyyat uğurla sona çatmışdır.

Aktivizm fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sobral üzərində "S.O.S. Refugees" yazılan köynəklə mətbuat konfransında.

Salvador Sobral Avroviziya 2017-nin birinci yarımfinalının qalibləri üçün keçirilən mətbuat konfrasında Avropada davam edən miqrant böhranına diqqəti çəkmək üçün üzərində "S.O.S. Refugees" (azərb. Qaçqınlara yardım‎) yazılan köynəklə konfransa qatılmışdır. Mətbuat konfrasında jurnalistlərdən biri Salvadora üzərinə geyindiyi köynəklə məqsədinin nə olduğunu soruşduqda, Salvador cavab olaraq bildirmişdir:

" "Mən əgər burdayamsa, bir Avropalı olaraq edə biləcəyim tək şey sadəcə insanlara humanitar ismarış göndərməkdir. İnsanlar plastik qayıqlarla Avropaya kömək üçün üz tuturlar və onlardan doğum şəhadətnamələrini göstərmələri tələb olunur. O insanlar immiqrant deyil, onlar ölümdən qaçan qaçqınlardır və onların heç bir səhvi yoxdur. Həmin insanların yerləşdirildiyi Yunanıstan, Türkiyə və İtaliya qaçqın düşərgələrində çoxlu bürokratik proseduralar həyata keçirilir və biz həmin insanların bu ölkələrdən öz ölkələrinə geri dönə bilmələri üçün qanuni və təhlükəsiz yolların yaradılmasına kömək etməliyik. "

Solvadorun sözləri mətbuat konfrasında böyük alqışla qarşılanmışdı. Lakin müsabiqənin təşkilat komitəsi müğənnini müsabiqə boyunca bir daha həmin köynəyin geyinilməməsi ilə bağlı xəbərdar etmişdi. Avropa Yayım İttifaqının nümayəndəsi həmin köynəyin siyasi mesaj daşıdığını bildirmiş və bunun müsabiqənin qaydalarına zidd olduğunu söyləmişdir. Sobral isə söylənilənlərə etirazını bildirərək, bunun siyasi addım deyil, sadəcə humanitar ismarış olduğunu bildirmişdir.[4].

19 iyun 2017-ci ildə Portuqaliyanın Ourem şəhərində keçirilən konsertdə Salvador Sobral satışa çıxardığı disklərdən qazandığı bütün gəliri Portuqaliya meşə yanğınlarından əziyyət çəkən insanlara bağışlanacağını açıqlamışdır[5].

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

Albom adı İl
Excuse Me 2016

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Excuse Me" 2016
"Nem Eu"
"Amar Pelos Dois" 2017

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "BLITZ – Salvador Sobral no "Ídolos": recorde o vencedor do Festival da Canção a cantar Maroon 5, Stevie Wonder ou Rui Veloso". 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2017.
  2. "Salvador Sobral e HMB vão actuar no EDP Cool Jazz". 12 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2017.
  3. "Full coverage: Eurovision 2017". 13 may 2017. 14 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2017 – www.bbc.com vasitəsilə.
  4. "ESC'17: The Winners Press Conference – Portugal Salvador Sobral". Eurovoix. 13 may 2017. 16 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2017.
  5. "Portugal Wildfires: Salvador Sobral Raises Money For Pedrógão Grande Relief Efforts". WiwiBloggs. 19 iyun 2017. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
Əvvəlki:
Leonor Andrade
"Há um mar que nos separa"
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Klaudiya Paskual
"O jardim"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]