Salum deltası Milli Parkı — Vikipediya

Salum deltası Milli Parkı
Sahəsi
  • 760 km²
Yaradılma tarixi 1976
Yerləşməsi
13°45′00″ şm. e. 16°37′59″ q. u.
Ölkə
Salum deltası Milli Parkı xəritədə
Salum deltası Milli Parkı
Salum deltası Milli Parkı
Rəsmi adıParc National du Delta du Saloum
TipiTəbii
Kriteriyaiii, iv, v
Tarixi2011 (36-ci sessiya)
İstinad nöm.1359
Ölkə Seneqal
Rəsmi adıParc National du Delta du Saloum
Tarixi3 aprel 1984
İstinad nöm.288[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salum deltası Milli Parkı və ya rəsmi adı ilə Parc National du Delta du SaloumSeneqalda 76.000 hektar ərazini əhatə edən milli parkdır. 1976-cı ildə qurulan park Salum deltasında, Salum çayının Şimali Atlantikə qovuşduğu yerdə yerləşir.

UNESCO-nun Ümumdünya İrsi siyahısına və Ramsar Konvensiyasına daxil olan park, 180.000 hektarlıq bir biosfer qoruğu daxilində yerləşir. Parkın 61.000 hektar ərazisi su ilə örtülmüşdür. 7.000 hektar ərazini manqrovlar və duzlu su bitkiləri, 8.000 hektar ərazini isə meşə örtüyü və savannalar təşkil edir. Bölgədə yaşayan və ya qışlayan quş növlərinə kral kəkilli susüpürəni, adi qızılqaz, adi ərsindimdik, qırmızıbaş qumluqca, sahil daşçevirənisərçəvi qumluqca daxildir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Parc national du Delta du Saloum". Ramsar Sites Information Service. 10 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
  2. 1 2 http://www.unesco.org/mabdb/br/brdir/directory/biores.asp?code=SEN+02&mode=all.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]