Salahəddin Kazımov — Vikipediya

Salahəddin Kazımov
1970 – 2 iyul 1978
NazirArif Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1920(1920-12-22)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1978(1978-07-02) (57 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Döyüşlər
Rütbəsi general-mayor

Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni Aleksandr Nevski ordeni (SSRİ) "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "Sovet milisinin 50 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Zaqatala2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Zaqatala rayonu Qass (indiki Dağlı) kəndində dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur.

Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir.

1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır.

Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir.

Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Кязимов Салахадин Иса оглы". 2014-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]