Sakit Əliyev — Vikipediya

Sakit Əliyev
Ümumi məlumatlar
Doğum tarixi 22 dekabr 1965(1965-12-22)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 2015(2015-10-12) (49 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 60 kq
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1992—1997 Azərbaycan Turan Tovuz 150 (30)
1997—1998 Azərbaycan Kəpəz PFK 11 (0)
1998–2004 Azərbaycan Turan Tovuz 98 (8)
Milli yığma[* 2]
1995 Azərbaycan Azərbaycan milli futbol komandası 1 (0)
Məşqçisi olduğu klublar
2005 Azərbaycan Turan Tovuz məşqçi
2006—2007 Azərbaycan Turan Tovuz
2009—2010 Azərbaycan Turan Tovuz məşqçi
2010 Azərbaycan Turan Tovuz
2011—2012 AzərbaycanTuran Tovuz məşqçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Sakit Əliyev (22 dekabr 1965[1][2], Tovuz12 oktyabr 2015, Tovuz) — müdafiəçi mövqeyində oynamış sovet və Azərbaycan futbolçusu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Onun peşəkar səviyyədə ilk klubu Azərbaycan Premyer Liqasında çıxış edən Tovuzun "Turan" komandası olmuşdur. Klubda keçirdiyi 5 il ərzində 1993/94 mövsümündə Azərbaycan çempionluğunu qazanmışdır.

Azərbaycan yığmasında yeganə oynunu Slovakiyaya qarşı keçirtmişdir.

1997/98 mövsümündə Gəncənin "Kəpəz" komandasının futbolçusu idi, sonra yenidən "Turan"a qayıtdı və orada 39 yaşında futbolçu karyerasını başa vurdu.

Avrokuboklarda 4 oyunda iştirak etmişdir — "Turan"ın heyətində UEFA Kubokunun 1994/95 mövsümündə 2 oyun və "Kəpəz"in heyətində 1997/98 Kuboklar Kubokunda 2 oyun.

Məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

Məşqçilik karyerasına "Turan"ın o zamanki baş məşqçi Naci Şensoyun assistenti kimi başlamışdır, 2006-cı ilin yanvarında türkiyəli mütəxəssis istefaya göndərildi, Əliyev isə komandanın baş məşqçisi təyin olundu. Baş məşqçi kimi 1,5 mövsüm işlədi.

2008-ci ildə "A" kateqoriyalı məşqçilik lisenziyasını qazandı.[3]

2009/10 mövsümündə "Turanın" məşqçisi oldu, 2010-cu ilin iyunundan isə yenidən komandaya başçılıq etdi. Azərbaycan Premyer Liqasının 2010/11 mövsümün 7-ci turunda səfərdə "Bakı" komandasına 3:1 məğlubiyyətdən sonra baş məşqçi postunu tərk etdi. Həmin vaxt komanda 3 oyun heç-heçə edərək və 4 oyunu uduzaraq, turnir cədvəlində sondan əvvəlki pillədə qərarlaşırdı. Əliyevin yerini Revaz Dzodzuaşvili tutdu, hansı ki əvvəl klubda məsləhətçi məşqçi vəzifəsində çalışırdı.

2010-cu ilin oktyabrında "Turan" uşaq məktəbinin məşqçisi oldu, az sonra isə əsas komandanın məşqçi vəzifəsinə qayıtdı.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Çempionat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]