Sailor Star Song — Vikipediya

Sailor Star Song
Kae Hanazava tərəfindən Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi Yaponiya 20 aprel 1996
Format sinql
Janr J-pop
Dil yapon dili
Müddət 3:51
Bəstəkar Söki Araki
Sözlərin müəllifi Naoko Takeuçi
Studiya Columbia Records

"Sailor Star Song" (セーラースターソング, Sērā Sutā Songu?, azərb. Seylor Ulduz mahnısı‎)"Seylor Mun" animesinin 5-ci mövsümündə açılış mahnısı kimi istifadə olunmuş sinql. Sözlərini manqaka Naoko Takeuçi yazmış, musiqisi Söki Araki tərəfindən bəstələnmişdir, Kae Hanazava tərəfindən isə ifa olunmuşdur.[1][2][3] Mahnı "Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection" albomunun bir hissəsidir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Əvvəlki 4 mövsümdə animenin açılış mahnısı kimi "Moonlight Densetsu" mahnısından istifadə olunsa da, 5-ci mövsümdə bu mahnıya üstünlük verilmişdir.[4] "Seylor Mun" animesinin açılışı ilə yanaşı, sonuncu — 200-cü seriyada Seylor Mun ilə Seylor Qalaksiya arasındakı döyüşdə çalınmışdır.[5]

Mahnının ingilis versiyası ilə yanaşı italyan versiyası da mövcuddur və "Petali di Stelle, Petali di Luna" adlanır. Lakin bu versiya animenin italyan versiyasında açılışında deyil (əvəzində "Petali di Stelle per Sailor Moon" mahnısından istifadə olunmuşdur), sadəcə 200-cü seriyada oxunmuşdur.[4]

Seylor Mun pərəstişkarları mahnını "Makenai" adlandırmağa üstünlük verirlər. "Makenai" mahnının yapon versiyasında yer alan sözlərdən biridir.[4]

Mahnı siyahısı[redaktə | mənbəni redaktə et]

Columbia CODC-914[6]
Başlıq Müddət
1. Sailor Star Song  
2. もっとすてきな朝がくるよ  
3. Sailor Star Song (Orijinal karaoke)  

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kurozuki. "Sailor Star Song" (ingilis). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  2. "The Music of Bishoujo Senshi Sailor Moon" (ingilis). 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  3. "HANAZAWA KAE LYRICS". 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
  4. 1 2 3 "Sailor Wiki Moon" (ingilis). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  5. "WikiMoon" (ingilis). 12 aprel 2015. 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  6. "Discography - Singles". Sailormusic.net. 2010-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]