Sadiq Əhməd — Vikipediya

Sadiq Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1947(1947-01-07)
Doğum yeri
Vəfat tarixi 24 iyul 1995(1995-07-24) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Fəaliyyəti siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadiq Əhmədin Yunanıstanın Makedoniya — Frakiya desentralizasiyasının Komotini şəhərində yerləşən məzarı.

Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.

1986-cı il sentyabrın 25-də Salonikidə İnsan Haqları üzvlərinə Qərbi Frakiya türklərini problemləri adlı broşürlər payladığı üçün 30 ay həbs cəzasına məhkum edildi.

Sadiq Əhməd 18 iyun 1989-cu il seçkilərində Qərbi Frakiya türkləri arasından seçilən ilk müstəqil millətvəkili olmuşdur, lakin tezliklə vəzifəsi əlindən alınmış və 26 yanvar 1990-cı il çıxışında Qərbi Frakiyadakı etnik azlığı türk adlandırdığı üçün yenidən həbs edilmişdir.[1]

8 aprel 1990-cı ildə ikinci dəfə müstəqil millətvəkili seçilən Sadiq Əhməd Qərbi Frakiya türklərini təmsil edən ilk partiya- Dostluq, Bərabərlik və Sülh partiyasını qurmuşdur, lakin onun partiyası 3% limitini keçə bilmədiyi üçün məclisə daxil ola bilmədi. Sonrakı illərdə də Sadiq Əhməd fəaliyyətini davam etdirdi.[2]

Ölümü[redaktə | mənbəni redaktə et]

Sadiq Əhməd 24 iyul 1995-ci ildə Komotini şəhərinin Sostis kəndində keçirdiyi müəmmalı avtomobil qəzasında həyatını itirmişdir.[3] Hal-hazırda Türkiyədə, xüsusilə Frakiya bölgəsində onun adını daşıyan məktəblər, yollar və parklar inşa edilmişdir.[4][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rashid Ergener. About Turkey: Geography, Economy, Politics, Religion, and Culture. Pilgrims Process, Inc. 2002. 106. ISBN 978-0-9710609-6-8.
  2. Lois Whitman. Destroying Ethnic Identity: The Turks of Greece. Human Rights Watch. 1990. 17–18. ISBN 978-0-929692-70-8.
  3. Renee Hirschon. Crossing the Aegean: An Appraisal of the 1923 Compulsory Population Exchange between Greece and Turkey. Studies in forced migration. 12. New York: Berghahn Books. 2003. 105. ISBN 978-0-85745-702-8. OCLC 50745135. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29. ...who later died in a controversial car accident...
  4. Simon's Rock of Bard College. New Perspectives on Turkey. Great Barrington, MA: Simon's Rock of Bard College; New York, NY: Cambridge University Press. 2005. səh. 101. ISSN 0896-6346. OCLC 17250535.
  5. Ende, Werner; Steinbach, Udo. Islam in the World Today: A Handbook of Politics, Religion, Culture, and Society. Ithaca, N.Y: Cornell University Press. 2010. 592. ISBN 0-8014-6489-7. OCLC 441947574.