Sabunçu (Qəmərli) — Vikipediya

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
İndiki adı Araksavan
Adının dəyişdirilmə tarixi 1978
Sahəsi
  • 2,7 km²
Əhalisi
  • 732 nəf. (2011)[1]
Saat qurşağı
Nəqliyyat vasitəsi kodu 25
Xəritədə yeri
Sabunçu xəritədə
Sabunçu
Sabunçu

SabınçıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında[2], Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi[3] qeyd edilmişdir.

Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur[4].

Toponim türk mənşəli sabunçu tayfasının adı[5] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur[6].

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər[7], 1918-ci ilin yanavarında 202 nəfər[8] azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır[7]. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülümüşdür.

1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir[9].

Məscid[redaktə | mənbəni redaktə et]

Kənddə 2 Məscid olub[10].,

Tanınmış şəxsiyətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. "İrəvan əyalətinin icmal dəftəri" s.49
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.213
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50
  5. Hüseynzadə Ə.A. Sabımçu toponiminin mənşəyi. Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin «Elmi əsərləri», tarix və fəlsəfə ser., № 7, 1975, s.45
  6. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  7. 7,0 7,1 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50-51, 130-131
  8. История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216
  9. "Arxivlənmiş surət". 2011-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  10. Qafqaz Canişinliyi Baş İdarəsində Qafqaz Statistika Komitəsinin 1873-cü illərə aid bilgilər ərasında 1879-cu ildə yayınladığı kitab