Səttar Bəhlulzadənin ev-muzeyi — Vikipediya

Səttar Bəhlulzadənin ev-muzeyi
Xəritə
Əsası qoyulub 22 may,1994
Ölkə
Yerləşir
Direktor İradə Abdinova
40°25′23″ şm. e. 49°59′15″ ş. u.
bahlulzade.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səttar Bəhlulzadənin Ev-muzeyi — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) Səttar Bəhlulzadənin yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

1994-cü ildə- Muzey Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyinin təşkil olunması haqqında müvafiq Sərəncamına əsasən yaradılmışdır. Mayın 23-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ev-muzeyinin təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçirildi. Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri, tanınmış rəssam və sənətşünaslar, ictimaiyyət nümayəndələri iştirak edirdi.[2]

Ekspozisiya[redaktə | mənbəni redaktə et]

Muzeyin ekspozisiyası evin iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Burada Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, məşhur əsərlərinin reproduksiyaları nümayiş olunur. Muzeydə rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, başqa məişət əşyaları, haqqında yazılmış kitablar, müxtəlif illərin mətbuat səhifələrində, nəşrlərdə dərc olunmuş yazılar və s. sərgilənir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda Səttar Bəhlulzadənin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olacaq". az.trend.az. 22 may 2014. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
  2. "Azərbaycan Qəzetinin Rəsmi internet səhifəsi". adalet.az. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  3. Mədəniyyət TV. "Görkəmli rəssam Səttar Bəhlulzadənin ev-muzeyi" (az.). Youtube.com. 16.02.2024. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.