Sərhədsiz Həkimlər — Vikipediya

Sərhədsiz Həkimlər
MSF, MSF
Loqonun şəkli
Növü könüllü assosiasiya
Yaranma tarixi 21 dekabr 1971[1][2], 1971[3]
Mərkəzi
Qurucusu
msf.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) — silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı.

Təşkilat 20 dekabr 1971-ci ildə Parisdə Nigeriyada 1967–1970-ci illərdə baş verən vətəndaş müharibəsi qurbanlarına yardım məqsədilə yaradılıb.

Təşkilat hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, "Sərhədsiz həkimlər" narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər.

Həkimlərin maliyyələşdirilməsi şəxsi ianələrin hesabına həyata keçirilir. Maliyyə vəsaitlərinin təxminən 80 %-ni təşkilat iki milyon fərdi donordan əldə edir.

Beynəlxalq mükafatlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]