Səngəçal aerodromu — Vikipediya

Səngəçal aerodromu
Xəritə

40°07′56″ şm. e. 49°27′29″ ş. u.


IATA: yoxdurICAO: yoxdur
Məlumat
Hava limanı tipi Hərbi
Ölkə Azərbaycan Azərbaycan

Səngəçal aerodromuAzərbaycanın Qaradağ rayonundakı Səngəçal qəsəbəsində yerləşən aerodrom.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

SSRİ süqut etdikdən sonra Səngəçal aerodromu MDB aviasiya hissəsinin bazası olmuşdur.[3] 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi ölkədən çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar. Bu təxribatlardan biri də Səngəçal qəsəbəsindəki aerodromda hərbi vertolyotları yandırmaq cəhdi olmuşdur.[4] Buna baxmayaraq, aerodromda evakuasiyaya hazırlıq görən 14 vertolyot azərbaycanlı silahlılar tərəfindən tərksilah edilərək, qənimət götürülmüşdü.[5] Həmçinin, burada xidmət edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada qaldı.[3] Hərbi aerodrom 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişinə əsasən Dövlət Sərhəd Xidmətinə verilmişdir.[6]

Qəzalar[redaktə | mənbəni redaktə et]

2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[7][8][9] Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuş, həmçinin bir polkovnik və bir kapitan yaralanmışdır.[10]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda Sərhəd Qoşunları üçün yeni aerodrom tikilir". Milli.az (az.). 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  2. "Müdafiə və Təhlükəsizlik sektorunda nə baş verib? (16-28 fevral)". Ayna (az.). 5 mart 2011. səh. 9–10. 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  3. 3,0 3,1 Prezident Kitabxanası. səh. 50
  4. Prezident Kitabxanası. səh. 47
  5. Paşayev, 2012. səh. 25
  6. "Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib". Azərbaycan (az.). 1 yanvar 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021 – "Gündəlik" İnformasiya Agentliyi vasitəsilə.
  7. "14 Killed In Azerbaijan Military Helicopter Crash". NDTV (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  8. "Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)". Qaynarinfo (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  9. "DSX rəisi: "Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb"". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  10. "Military Helicopter Crashes In Azerbaijan, Killing 14". Azadlıq Radiosu (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]