Səmayi-Şəms — Vikipediya

Səmayi-Şəmszərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.

Bu zərbi muğamın bir xarakterik xüsusiyyəti də odur ki, başqa zərbi muğamlardan fərqli olaraq, o əksər hallarda ənənəyə görə təsniflə tamamlanır. Təsnifin musiqisi mülayim rəqs tempindədir. Səmayi – şəmsin zərbi muğamının sonunda oxunana bu təsnif onun dramaturgiyasında məntiqli "yekun-sonluq" əhəmiyyətinə malikdir.

Muğamın orijinal adı Simayi-Şəmsdir, yəni Günəşin siması, üzü.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]