Səməndər Rzayev — Vikipediya

Səməndər Rzayev
Səməndər Mənsim oğlu Rzayev
Doğum tarixi 2 yanvar 1945(1945-01-02)
Doğum yeri
Vəfat tarixi 27 mart 1986(1986-03-27) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər sirrozu
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Uşaqları Rübabə Rzayeva
Rəşid Səməndər
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1967–1986
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974 Azərbaycan SSR Dövlət mükafatı — 1980
IMDb ID0753529

Səməndər Mənsim oğlu Rzayev (2 yanvar 1945, Ağsu27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980).

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub.[1]

Aktyor Rəşid Səməndər in və teatrşünas Rübabə Rzayeva nın atasıdır

Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

  1. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  2. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Faiq
  3. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-səsləndirən: Nadir (Hüseynağa Sadıqov)
  4. Arxadan vurulan zərbə (film, 1977) – səsləndirən: Dadaşlı(Adil İsgəndərov)
  5. Arşınmalçı (film, 1985) – rol: Rəis
  6. Aşıq Ələsgər (film, 1972) – film səsləndirən: şeirləri oxuyan
  7. Babamızın babasının babası (film, 1981) – rol: Əliquliyev
  8. Babək (film, 1979) – rol: İbn Bəis
  9. Bağ mövsümü (film, 1985) – rol: Ağamirzə
  10. Bakıda küləklər əsir (film, 1974) – film səsləndirən: Şahmar bəy (Rza Təhmasib)
  11. Baldızoğlu (film, 1977)
  12. Bayquş gələndə... (film, 1978) – film səsləndirən: Şahlar bəyin oğlu
  13. Belə lazımdır (film, 1982)
  14. Bəyin oğurlanması (film, 1985) – rol: sovxoz müdiri Hidayət müəllim
  15. Birisigün, gecəyarısı... (film, 1981) – film səsləndirən: Nəriman Nərimanov (Məlik Dadaşov)
  16. Bizim küçənin oğlanları (film, 1973) – film səsləndirən: Əbdül (Məlik Dadaşov)
  17. Çarvadarların izi ilə (film, 1974) – rol: Səməndər
  18. De ki, məni sevirsən! (film, 1977) – film səsləndirən: Milis podpolkovniki (Məlik Dadaşov)
  19. Dədə Qorqud (film, 1975) – film səsləndirən: Qazan Xan (Həşim Qadoyev)
  20. Dəli Kür (film, 1969) – film səsləndirən: Polis rəisi (Vadim Qraçov)
  21. Evlənmək istəyirəm (film, 1983) – rol: Həsənağa
  22. Evləri köndələn yar (film, 1982) – rol: Şakir Şirinov
  23. Ən vacib müsahibə (film, 1971) – film səsləndirən: Abdulla Kərimoviç (Konstantin Adamov)
  24. Əzablı yollar (film, 1982) – film səsləndirən: Hökmdar (Həsən Məmmədov)
  25. Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
  26. Gözəllik ondur... (film, 1984)
  27. Xatirələr sahili (film, 1972) – film səsləndirən: Vəzifəli şəxs (Fateh Fətullayev)
  28. Xüsusi vəziyyət (film, 1986) – rol: Redaksiyanın məsul katibi
  29. İmtahan (film, 1982)
  30. İntizam (film, 1983) – rol: Rasim Xudiyeviç
  31. İstintaq (film, 1979) – film səsləndirən: Seyfi (Aleksandr Kalyagin)
  32. Köhnə bərə (film, 1984) – film səsləndirən: İlyas (Süleyman Ələsgərov)
  33. Qanlı zəmi (film, 1985) – film səsləndirən: Arabasürən (Əhməd Əhmədov)
  34. Qara gölün cəngavərləri (film, 1984) – rol: Dükançı Ağakərim
  35. Qatır Məmməd (film, 1974) – rol: Əhəd/film səsləndirən: Müller (Olev Eskola)
  36. Qərib cinlər diyarında (film, 1977) – film səsləndirən: Akşad (Muxtar Maniyev)
  37. Qız qalası əfsanəsi (film, 1978) – Mətni oxuyan
  38. Qızıl qaz (film, 1972) – film səsləndirən: Muxtarov (Tofiq Tağızadə)
  39. Layiqli namizəd (film, 1984)
  40. "Mədəniyyət" № 1 (film, 1975)
  41. Musiqili xaş (film, 1984)
  42. Mübadilə (film, 1983)
  43. Müqəddəs and (film, 1983)
  44. Nəsimi (film, 1973) – Şirvanşah İbrahim
  45. Nizami (film, 1982) – film səsləndirən: Qızıl Arslan (Hacımurad Yegizarov)
  46. O qızı tapın (film, 1970) – film səsləndirən: Məlikov (Valeri Kovtun)
  47. Od içində (film, 1978) – rol: Tomar bəy
  48. Ömrün ilk saatı (film, 1973) – film səsləndirən: Agent
  49. Ömrün səhifələri (film, 1974) – film səsləndirən: telefon gözləyən adam (Şəmsi Bədəlbəyli)
  50. Ömür payı. Səməndər Rzayev (film, 2015)
  51. Örtülü bazar (film, 1984)
  52. Park (film, 1983) – film səsləndirən: Gena (Aleksandr Kalyagin)
  53. Sarıköynəklə Valehin nağılı (film, 1980) – rol: Baləmi
  54. Skripkanın sərgüzəşti (film, 1972) – film səsləndirən: Makovski (Pavel Kadoçnikov)
  55. Sökmək asandır... (film, 1985)
  56. Şəhərli biçinçilər (film, 1986) – rol: Hümmət
  57. Tikdim ki, izim qala. III film (film, 1998)
  58. Tütək səsi (film, 1975) – film səsləndirən: Muxtar (Gümrah Rəhimov)
  59. Uşaqlığın son gecəsi (film, 1968) – rol: Milis işçisi/film səsləndirən: Zaur (Qorxmaz Atakişiyev)
  60. Vulkana doğru (film, 1977)
  61. Yollar görüşəndə... (film, 1979)
  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III. Azərnəşr. 2017. səh. 184.
  2. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
  • Hüseynov, F. "Bu kino ki var…": Unudulmaz aktyor Səməndər Rzayevin xatirəsi yad edildi: [Dövlət Film Fondunda] //Mədəniyyət. — 2015.- 6 mart.- S.5.
  • Kazımzadə, A. Kral Aktyor: [Əməkdar artist Səməndər Rzayev haqqında] //Kaspi.- 2015.- 14–16 mart.- S.14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]