Səməd Vurğunun heykəli (Bakı, 1960) — Vikipediya

Səməd Vurğunun heykəli
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Fuad Əbdürəhmanov
Memar Mikayıl Useynov
Tikilib 1961
Material Bürünc

Səməd Vurğunun heykəli — Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) Səməd Vurğunun xatirəsinə ucaldılmış abidə.

Abidənin qoyulması[redaktə | mənbəni redaktə et]

1960-cı ildə heykəltaraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanan heykəl o dövrdə Oktyabr meydanı adlanan parkda qoyulmuşdur. Heykəlin memarı Mikayıl Useynovdur[1]. Heykəlin qoyulduğu park hazırda Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı adlanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Сквер Самеда Вургуна". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]