Səltənət Quliyeva — Vikipediya

Səltənət Quliyeva
Doğum adı Səltənət Məmmədbəyova
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti vokalçı, aktrisa
Fəaliyyət illəri 1927-ci ildən
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni — 1938

Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı[redaktə | mənbəni redaktə et]

Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.[1]

1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub. O, 1979-cu ildə Bakıda vəfat edib.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas partiyalar[redaktə | mənbəni redaktə et]

Partiya Müəllif Rol
Koroğlu Üzeyir Hacıbəyov Asya, Nigar
Arşın mal alan Üzeyir Hacıbəyov Gülçöhrə
Şah İsmayıl Müslüm Maqomayev Naznaz, Gülzar
Nərgiz Müslüm Maqomayev Nərgiz, Ənbər
Vətən Qara Qarayev, Cövdət Hacıyev Dilbər
Azad Cahangir Cahangirov Hürü xala
Sevil Fikrət Əmirov Gülüş
Şahsənəm Reynqold Qliyer Ənbər

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Rəhimli, 2017. səh. 179

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.