Səfixanlar — Vikipediya

Səfixanlar
39°45′04″ şm. e. 46°38′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Səfixanlar xəritədə
Səfixanlar
Səfixanlar

SəfixanlarAzərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Səfixanlar kəndi Xanalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Səfixanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisində eyniadlı çay da vardır. Səfixanlar sərkarların tirələrindən biri olmuşdur. 1917-ci ildə Bərdə rayonunun Şirvanlı icmasında Səfixan Sərkar adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Sarıbaba dağının yaxınlığında yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. Səfixanlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]