Səfəvi Luristanı — Vikipediya

Vilayət
Səfəvi Luristanı
Ostān-e Lorestān
Bayraq
Bayraq
 

Rəsmi dilləri Azərbaycan türkcəsi
Fars dili
Lur dili

Səfəvi LuristanıSəfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanıLuristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Vali çox zaman yerli əsilzadə ailələrindən biri olur və şah tərəfindən təyin edilirdi, lakin buna baxmayaraq, valiliyin irsi ötürülməsi geniş yayılmışdı.[1][2]

Vilayət özü də öz növbəsində 3 daha kiçik inzibati vahidə bölünürdü - Xavə, Sadmarə və Xürrəmabad. Xürrəmabad özü birbaşa vilayətin hakimi tərəfindən idarə edilirdi.[3] XII əsrin sonlarından etibarən Kiçik Luristan Xurşidi sülaləsi tərəfindən idarə edilirdi.[4] XVI əsrdən etibarən Luristan deyə adlandırılan bölgə təqribən İranın müasir İlam ostanıLuristan ostanlarının ərazilərinə uyğun gəlir.[5][6] 1501-ci ildə yaradılmış Səfəvi imperiyası genişlənərək 1508-ci ildə Luristan bölgəsini də özünə qatmışdır. Bu ildə Luristan bölgəsinin hökmdarı Səfəvi şahı I İsmayılın ali hakimiyyətini qəbul etmişdir. Şah İsmayıl Bağdaddan yazdığı məktubunda yerli hökmdar Şah Rüstəm Abbasini hakim olaraq təyin etdiyini və onun hakimiyyəti altına Sadmarə, Harunabad və Silaxurun da verildiyi bildirilirdi. 1540-cı illər boyunca I Təhmasib bölgədə, xüsusən Xürrəmabadda birbaşa hakimiyyətini formalaşdırdı. Bölgə hakimi Xürrəmabadda yaşamaqla birlikdə, o, Xürrəmabad və Luristan hakimi adlandırılırdı. 1578-ci ildən 1587-ci ilə qədər Luristan valiləri Osmanlı İmperiyası ilə ittifaqda idilər.[4]

Vilayətə hakim yerli ailələrdə yanaşı türk-qızılbaş tayfalarından da təyin edilirdi. Bunlara misal olaraq, Qeyb Sultan Ustaclını (həmçinin Səfəvi Kürdüstanının da bəylərbəyi olmuşdur),[7] Mehdiqulu xan Şamlı,[8] Təhmasibqulu xan İnanlı və adı bəlli olmayan şəxsi göstərə bilərik. Həmçinin, vilayətə hakimlik edən digər türk-qızılbaş Şah İsmayılın oğlu olan Bəhram Mirzə Səfəvi də hakimlik etmişdir.

I Abbas tərəfindən yerli hakim Şahverdi Abbasinin üsyanı yatırıldıqdan sonra Xurşidi sülaləsinin bütün kişi nümayəndələri ya həbsə atıldı, ya da kor edildi. Bununla da, bölgədə bu sülalənin hakimliyinə son qoyuldu.[9] Bundan sonra isə, bölgəyə Şahverdi Abbasinin dayısının oğlu Hüseyn xan ibn Mansur Solvizi Luristanın hakimi təyin edildi. Bununla eyni zamanda türk-qızılbaş tayfasından olan Təhmasibqulu xan İnanlı Luristanın bəzi Bağdada yaxın bölgələrinin hakimi təyin edildi. Bu bölgələr Sadmarə və Hendamin idi. 1603-cü ildən sonra Solvizi ailəsi Luristanın irsi hakimləri halına gəldilər. 1670-ci illərdə Şah Süleyman (1666-1694) hakimliyi qızılbaş tayfalarından birindən çıxan şəxsə verdi və bu yerlilərin etirazı ilə qarşılandı, hakim isə vilayətdən qovuldu.[10]

Vilayət hakimlərinin siyahısı[redaktə | mənbəni redaktə et]

Siyahıda vilayəti və ya onun hissələrini idarə etdiyi bilinən şəxslər göstərilmişdir.[11] Hakim və ya bəylərbəyi ifadələrinin hər ikisi də vilayət valilərini təsvir etmək üçün işlədilmişdir.[7]

Dövr Hakim Qısa məlumat
1508 Şah Rüstəm Abbasi LuristanXürrəmabad hakimi
?–1540 Mir Uğur ibn Şah Rüstəm Luristan hakimi
1541–1542 Mir Cahangir Luristan və Xürrəmabad hakimi
?–1549 Bəhram Mirzə Səfəvi Luristan və Mankare (Sadmarə?) hakimi
1549–? Rüstəm xan Luristan və çox gümanki Mankara hakimi
1568 Qeyb Sultan Ustaclı Luristan və Kürdüstan hakimi
1568–1585 Məhəmməd Luri Luristanın yarısının və Xürrəmabadın, onun ətrafının hakimi
1568–1575–? II Şah Rüstəm Luristanın yarısının, Xavənin və Ləştərin hakimi
1578–1587 Osmanlı hakimiyyəti ]]
1589–1593 Sultan Məhəmməd Şah Luristan hakimi
1593 Şahverdi Abbasi Luristan hakimi
1593–1594 Sultan Hüseyn ibn Şah Rüstəm Luristan (Xürrəmabad istisnaolmaqla) hakimi
1593–1595 Mehdiqulu xan Şamlı Xürrəmabad hakimi
1594–1598 Şahverdi Abbasi İkinci hakimiyyət dövrü. Luristanın hamısının (1595-ci ildən etibarən) hakimi
1598–? Təhmasibqulu xan İnanlı Sadmarənin, Hendaminin və Bağdada yaxın digər yerlərin hakimi '
1598–1631 Hüseyn xan Mansur bəy Solvizi Əvvəlcə Luristanın bir hissəsinin hakimi, daha sonra bütün vilayətin bəylərbəyi. O, həmçinin Bəxtiyarilərin miri olaraq da xidmət etmişdir.
1631–1641 Şahverdi xan Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi.
1641–1648–? Əliqulu xan Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi.
1651–? Mənuçöhr xan Sonuncu hakimin əmisi. Luristan hakimi.
1684 Adı məlum olmayan qızılbaş Qizilbaş tayfasından olan hakim.
1694–1695 Şahverdi xan Kiçik Luristanın hakimi
1722 Əlirmərdan xan ibn Hüseyn xan Ali Luristan hakimi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Matthee, 2012. səh. 143–144. Vali sözünün mənası üçün, bax, see p. 258
  2. Matthee, 2015. səh. 443
  3. Floor, 2008. səh. 134
  4. 4,0 4,1 Floor, 2008. səh. 234
  5. Minorsky, 1986. səh. 829
  6. Ehlers, 2021
  7. 7,0 7,1 Floor, 2008. səh. 124
  8. Münşi, 2010. səh. 798
  9. Floor, 2008. səh. 234–235
  10. Floor, 2008. səh. 235
  11. Floor, 2008. səh. 234–236

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.
  • Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B.Tauris. 2012. ISBN 978-1-84511-745-0.
  • Matthee, Rudi. "Relations between the Center and the Periphery in Safavid Iran: The Western Borderlands v. the Eastern Frontier Zone". The Historian. 77 (3). 2015: 431–463. doi:10.1111/hisn.12068.
  • Eckart Ehlers. Khorramabad. Encyclopædia Iranica, Online Edition. Ehsan Yarshater. 2021.
  • Vladimir Minorsky. Luristān. 5. Leiden: The Encyclopaedia of Islam - Brill. Bosworth, C. E.; van Donzel, E.; Lewis, B. & Pellat, Ch. (eds.). 1986. 829–832. ISBN 978-90-04-07819-2.
  • B. Spuler. ATĀBAKĀN-E LORESTĀN. II/8. London and New York: Encyclopædia Iranica - Routledge & Kegan Paul. 1987. 896–898. ISBN 978-0-71009-108-6.