Sədrəddinzadə Sadiq Mehmed Əfəndi — Vikipediya

Sədrəddinzadə Sadiq Mehmed Əfəndi
ƏvvəlkiƏbusəidzadə Feyzullah Əfəndi
Sonrakıİmam Mehmed Əfəndi
1 fevral 1707 – 25 yanvar 1708
ƏvvəlkiBaşmaqçızadə Əli Əfəndi
SonrakıƏbəzadə Abdullah Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (78 yaşında)

Sədrəddinzadə Sadiq Mehmed Əfəndi (d. 21 dekabr 1630 — ö. 11 noyabr 1709) — Osmanlı alimişair və şeyxülislamı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

21 dekabr 1630 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası IV Mehmed dönəminin üləmalarından olan Sədrəddinzadə Feyzullah Əfəndidir. İlk təhsilini Uzun Həsən Əfəndi və Kürd İshaq Əfəndidən alan Sadiq Mehmed Əfəndi ardından Qaraçələbizadə Mahmud Əfəndinin dərslərini aldı. Daha sonra 1657–1678-ci illər ərzində müxtəlif mədrəsələrdə müdərrislik etdi. Ardından 1680-ci ilin mayından 1681-ci ilin avqustunadək Hələb qazısı olaraq fəaliyyət göstərdi. 1685-ci ilin iyununda Qahirə qazısı seçildi və 1,5 il bu vəzifədə qaldı.[2]

1693-cü ilin aprelində Anadolu başqazısı, 1694-cü ilin iyununda isə Rumeli başqazısı seçildi. 22 iyun 1694-cü ildə Əbusəidzadə Feyzullah Əfəndinin yerinə şeyxülislam seçildi. Şeyxülislamlığı əsnasında II Əhməd vəfat etmiş, yerinə II Mustafa padşah olmuşdu. Yeni padşah lələsi Seyid Feyzullah Əfəndini Ədirnədən İstanbula gətirtmişdi və onun şeyxülislam olacağı haqqında şayələr gəzirdi. Nəhayət, Sədrəzəm Sürməli Əli Paşanın da tərtibiylə 20 mart 1695-ci ildə Sadiq Mehmed Əfəndi vəzifədən alındı.[3]

12 il boyunca dövlət işlərindən əlini çəkən Sadiq Mehmed Əfəndi yaşlılığını bəhanə gətirsə də, 1 fevral 1707 tarixində 78 yaşında ikən ikinci dəfə şeyxülislamlığa gətirildi. Yaşlılığı səbəbilə heç bir iş görə bilmədi. III Əhmədin qızı Xədicə Sultanın cənazə namazını səhvən bayram namazı şəklində qıldırmış, bu bəhanə göstərilərək 25 yanvar 1708 tarixində vəzifədən alındı.[4] 11 noyabr 1709 tarixində İstanbulda vəfat edən Sadiq Mehmed Əfəndi Fındıqlı səmtindəki məscidin həyətinə dəfn olunmuşdur.[5]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II, 313–315;
  • Devhatü’l-meşâyih, s. 77–78;
  • İlmiyye Salnâmesi, s. 495;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 488; IV/2, s. 457, 458;

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Râşid, Târih, II, 254
  2. Râşid, Târih, II, 312–313
  3. Râşid, Târih, III, 307–308;
  4. Danişmend, Kronoloji2, V, 132, 135.
  5. Râşid, Târih, III, 238