Sədaqət Əliyeva — Vikipediya

Sədaqət Əliyeva
azərb. Sədaqət Ağasəfər qızı Əliyeva
Doğum tarixi (60 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Sənətşünaslıq
Fəaliyyəti Kulturologiya və onun ümumi məsələləri
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2013

Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013)[1][2], Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru[3], dosent, "Mədəniyyət dünyası"[4] və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri"[5] adlı məcmuələrin redaktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.[6]

Təhsili[redaktə | mənbəni redaktə et]

Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır.[7]

Elmi və pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb. 1997-ci ildən müəllim, 2002-ci ildə baş müəllim, 2007-ci ildən 2021-ci ilədək kafedra müdiri vəzifəsində çalışmışdır. 2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektorudur.[6]

Sədaqət Əliyeva bir monoqrafiya, 3 dərsliyin həmmüəllifi, 4 dərsliyin, bir sıra tədris proqramlarının, 50-dən çox elmi məqalə və tezisin müəllifi, eləcə də respublika, beynəlxalq elmi seminar və konfransların məruzəçisidir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında" AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI, 10 dekabr 2013-cü il". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  2. Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adlar verildi — SİYAHI
  3. "Nazir prorektoru vəzifəsindən azad etdi — Yeni təyinat". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  4. ""Mədəniyyət dünyası" elmi-nəzəri məcmuə". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  5. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  6. 6,0 6,1 6,2 "ELM VƏ YARADICILIQ İŞLƏRİ ÜZRƏ PROREKTOR". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  7. "KULTUROLOGİYA" KAFEDRASININ MÜDİRİ

Keçid[redaktə | mənbəni redaktə et]