Səadət Əliyeva — Vikipediya

Səadət Əliyeva
Səadət Namiq qızı Əliyeva
Vəzifədədir
13 mart 2017-ci ildən
ƏvvəlkiFərid Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1986(1986-09-13) (37 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti alim
Uşağı 4
Elmi fəaliyyəti
Elm sahəsi Britaniya uşaq ədəbiyyatı
Elmi dərəcəsi
  • filologiya üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı

Səadət Namiq qızı Əliyeva (13 sentyabr 1986, Bakı) — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Səadət Əliyeva 1986-cı il 13 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir.[1]

2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat səviyyəsini Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura səviyyəsini Dilşünaslıq (ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2017-ci illərdə Azərbaycan Universitetində "Dünya ədəbiyyatı" ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə "Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri" mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[1]

İngilis, alman və rus dillərini bilir.

Ailəlidir, dörd övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlamışdır. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Böyük Britaniyanın Ardinqli Kollecində elmi tədqiqat ilə məşğul olmuşdur. 2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərmişdir. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.[1][2]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatına yönəlmişdir. O "İpək yolu" və "Çağlayan" jurnalının baş redaktoru və Midlseks Universiteti tərəfindən çap olunan "Children's Literature in Education Journal"ının redaksiya heyətinin üzvüdür.[1]

Kitablar[redaktə | mənbəni redaktə et]

  • Britaniya uşaq ədəbiyyatı (Ş. Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2018. 435 s.[3]
  • Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya, (Ş. Xəlilli ilə birlikdə) Dərs vəsaiti, Bakı, 2019, 376 s.[4][5]
  • Britaniya uşaq folkloru (Ş. Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2021, 316 s.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 "Səadət Namiq qızı Əliyeva | Azərbaycan Universiteti". au.edu.az (az.). 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "31 yaşlı rektor Səadət Əliyeva". Milli.Az (az.). 2017-03-14. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. ""Britaniya uşaq ədəbiyyatı" kitabı çapdan çıxıb". AzərTAC. İstifadə tarixi: 12 dekabr 2022.
  4. "Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub | Azərbaycan Universiteti". au.edu.az (az.). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  5. "Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub". Trend.Az (az.). 2019-07-05. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  6. "Rektor Səadət Əliyevanın həmmüəllifi olduğu dərs vəsaiti nəşr olunub | Azərbaycan Universiteti". au.edu.az (az.). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  7. "Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təltif olunub". Trend.Az (az.). 2020-01-08. 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  8. "Təhsil naziri Azərbaycan Universiteti əməkdaşlarının təltif edilməsi barədə əmr imzalayıb | Azərbaycan Universiteti". au.edu.az (az.). İstifadə tarixi: 2023-09-11.
  9. "Rektor Səadət Əliyeva təltif olunub | Azərbaycan Universiteti". au.edu.az (az.). İstifadə tarixi: 2024-01-16.
  10. https://www.au.edu.az/az/news/azerbaycan_universitetinin_rektoru_yubiley_medali_ile_teltif_olunub_2024 (#bare_url_missing_title). 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.