Sürəyya Qacar — Vikipediya

Sürəyya Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar
Ümumi məlumatlar
Doğum tarixi 18 aprel (1 may) 1910
Doğum yeri
Vəfat tarixi 27 iyul 1992(1992-07-27) (82 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Sədrəddin Mirzə Qacar
Anası Günəş xanım Tağızadə
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Səs tembri messo-soprano
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1954 "Ermənistan SSR xalq artisti" fəxri adı
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur.[2] 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi.[3] Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib.[4]

Partiyaları[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.[5] Aprel işğalından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Chingizoglu, Anvar. Qacarlar və Qacar kəndi. Baku: Şuşa. 2008. səh. 334.
  2. Исмаилов, 2009. səh. 310
  3. "Гаҹар Сүрәјја Сәдрәддин гызы". Азербайджанская советская энциклопедия. Baku: Главная редакция Азербайджанской советской энциклопедии: 103. 1979.
  4. "Suraya Sadraddin qizi Qajar". Muğam ensiklopediyası. Bauk: Şərq-Qərb: 122. 2012.
  5. Исмаилов, 2009. səh. 375
  6. Azərbaycan Xalq Cumhuriyyəti. II cild. Bakı,2005

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Исмаилов Э. Э. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009.