Süleyman Səlimbəyov — Vikipediya

Süleyman Səlimbəyov
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1907-ci ildən
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Süleyman Cabbar oğlu Səlimbəyov (1888, Şamaxı1951, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı[redaktə | mənbəni redaktə et]

Süleyman Səlimbəyov 1888-ci ildə Şamaxıda anadan olmuşdur. Səhnəyə 1907–1908-ci illərdə çıxmış, əsasən, "Nicat" cəmiyyətinin, 1919–1936-cı illərdə hazırkı Akademik Milli Dram Teatrının truppasında olmuşdur. 1936-cı ildə Lənkəranda yeni açılmış teatrın yaradıcılığına təkan vermək üçün oraya ezam edilmişdir. 1940-cı illərin ortalarına qədər qısa fasilələrlə Lənkəran Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişdir. Arada bir neçə rayon teatrında, həmçinin Akademik sənət ocağında aktyorluq etmişdir.[1]

Süleyman Səlimbəyov Lənkəran teatrında Mirzə İbrahimovun "Həyat", Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Cəfər Cabbarlının "Yaşar", "1905-ci ildə", "Od gəlini" əsərlərini tamaşaya hazırlamışdır.[1]

Aktyor 1951-ci ildə Bakıda vəfat etmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Rol Tamaşa Müəllif
Heydər bəy Hacı Qara Mirzə Fətəli Axundov
Gürcü bəy Nadir şah Nəriman Nərimanov
Heydər bəy Ölülər Cəlil Məmmədquluzadə
Aslan bəy Anamın kitabı Cəlil Məmmədquluzadə
Əmirqulu xan Ağa Məhəmməd şah Qacar Əbdürrəhim bəy Haqverdiyev
Kəndli Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev
Səlim bəy Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev
Özdəmir Afət Hüseyn Cavid
Əli paşa Topal Teymur Hüseyn Cavid
Platon Şeyx Sənan Hüseyn Cavid
Altunbay Od gəlini Cəfər Cabbarlı
Şüheyb Trablis müharibəsi və ya Ulduz Cəfər Cabbarlı
Dövlət bəy Aydın Cəfər Cabbarlı
İvanov Yaşar Cəfər Cabbarlı
Aslan bəy Oqtay Eloğlu Cəfər Cabbarlı
Heydər bəy Laçın yuvası Süleyman Sani Axundov
Bobçinski və İvan Kuzmiç Müfəttiş Nikolay Qoqol
Aslan Qafqaz çiçəkləri Rudolf Rotşild
Qraf İki yetimə Adolf D'Enneri və Kermon
Anteron de Mariti Qanlı qala Aleksandr Düma
Lord Edvard Kapitan Qrantın uşaqları Jül Vern
Şah-Klavdi Hamlet Uilyam Şekspir
Don Loyes Don Juan Jan-Batist Molyer
Cənab de Stenval Jorj Danden Jan Batist Molyer

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Rəhimli, 2017. səh. 233–234

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.