Söhrab Tahir — Vikipediya

Söhrab Tahir
Söhrab Əbülfəz oğlu Tahiri
Doğum tarixi
Doğum yeri Astara, İran
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Şəkərli diabet
Vətəndaşlığı
Fəaliyyəti şair, yazıçı, nasir, redaktor
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 1998
"Şöhrət" ordeni — 2006 "21 Azər" medalı — 1946

Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir)Azərbaycan Respublikasının xalq şairi (1998)[1], nasir, publisist.

Həyatı[redaktə | mənbəni redaktə et]

Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub[2]. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V. V. Mayakovski ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.[3]

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində, şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir, amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.[4] Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.
  2. Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.
  3. Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.
  4. Lirika. Bakı: Azərbaycan Respublikası "Kitab" cəmiyyəti, 1992, 85 s.
  5. Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.

Haqqında olan ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Arzumanlı V. 75 yaşın pillələri (Söhrab Tahir-75. Ömürdən yarpaqlar). Bakı: Qartal, 2001, 378 s.
  2. Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı kitabı haqqında). "Kommunist", 1982, 22 avqust.
  3. Duyğun R. Mübariz poeziya (Şair Söhrab Tahir haqqında). "Bakı", 1986, 7 iyun.
  4. Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin məslək və tale yoludur (esse). "Yeni Azərbaycan", 2001, 21 aprel.
  5. Mütəllibov T. Yaş artıqca gəncləşən ürək (Şair S. Tahir haqqında). "Azərbaycan gəncləri", 1986, 26 iyul.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Xalq şairi" fəxri adının verilməsi haqqında" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı Arxivləşdirilib 18 dekabr 2014 at the Wayback Machine  (az.)
  2. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 268. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  4. "Azərbaycanın xalq şairi vəfat etdi". 2016-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]