Rza Həsənəliyev — Vikipediya

Rza Həsənəliyev
18 fevral 1999 – 2 avqust 2022
SədrKəmaləddin Heydərov
Aydın Əliyev
Səfər Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1961(1961-09-26) (62 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
Gömrük xidməti general-leytenantı

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Rza Cahangir oğlu Həsənəliyev (26 sentyabr 1961, Ordubad) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (1999–2022), gömrük xidməti general-leytenantı (2005), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rza Cahangir oğlu Həsənəliyev 26 sentyabr 1961-ci ildə anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlamışdır. Daha sonra gömrük sistemində çalışmış, 1995–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, komitənin işlər idarəsi rəisinin müavini, sonra isə həmin idarənin rəisi vəzifələrində çalışmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Rza Həsənəliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[2] O, 23 il bu vəzifədə çalışmış, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il tarixli Sərəncamına əsasən vəzifəsindən azad edilmişdir.[3]

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rza Həsənəliyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru[4], 28 yanvar 2005-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.[5]

Ailəlidir, 1 övladı var.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Həsənəliyev Rza Cahangir oğlu". Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. 2021-12-27 tarixində orijinalından arxivləşdirilib.
  2. R. C. Həsənəliyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 2. Bakı. 1999. S. 310. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  3. R. C. Həsənəliyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 8. Bakı. 2022. S. 2357. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  4. R. C. Həsənəliyevə gömrük xidməti general-mayoru rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 1. Bakı. 2002. S. 97. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. 29 yanvar 2005. S. 1. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 29 yanvar 2015. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  7. Azərbaycan Respublikası Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 1. 2013. S. 115–116. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 18. 26 yanvar 2011. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 28 yanvar 2010. S. 2. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.