Rza İsfəndiyarlı — Vikipediya

Rza İsfəndiyarlı
Doğum tarixi 12 mart 1896(1896-03-12)
Doğum yeri
Vəfat tarixi 26 yanvar 1972(1972-01-26) (75 yaşında)
Vəfat yeri

Rza İsfəndiyarlı (12 mart 1896, Naxçıvan26 yanvar 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rza İsfəndiyarlı 1896-cı il martın 12-də Naxçıvan şəhərində anadan olub. Hüseyn Ərəblinskinin Naxçıvana səfəri zamanı teatrda sənhələşdirdiyi N. Nərimanovun "Nadir şah" faciəsində kütləvi səhnələrdə iştirak etməklə aktyor fəaliyyətinə başlayıb. 1912-ci ildə Naxçıvan teatrının səhnəsində N.B. Vəzirovun "Pəhləvani-zəmanə" pyesində Qurban kşi rolunu çox məharətlə yaradıb. Naxçıvan teatrının 20-ci əsrin birinci yarısında ən layiqli sənətkarlarından olub. Onun obrazlar qalareyasında "Arşin mal alan"da Əsgər, "Ölülər"də Şeyx Əhməd, Şeyx Nəsrullah, "Solğun çiçəklər"də Axund, "Aydın"da Mirzə Cavad, "Şeyx Sənan"da Dərviş, Kor Ərəb, Şeyx Kəbir kimi rollar var. Rza İsfəndiyarı Naxçıvan teatrının səhnəsində 150-dən çox rol oynayıb. Onun səhnə fəaliyyəti Naxçıvan teatrının salnaməsinə əbədi daxil olub. H. Ərəblinski, R. Təhmasib, Ə. Qəmküsar, B. Kəngərli və başqa böyük sənətkarlarla çiyin-çiyinə çalışan R. İsfəndiyarlı Naxçıvan teatrının ölməz sənətkarlarındandır.

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Rza İsfəndiyarlı 1972-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]