Rusiya coğrafiyası — Vikipediya

Rusiya coğrafi xəritəsi

Rusiya coğrafiyası (rus. География России) — Rusiya Federasiyası coğrafiyası.

Rusiya — Avropanın şərqində, Asiyanın şimalında yerləşən və bütün quru ərazisinin 1⁄8 hissəsini əhatə edən qitələrarası ölkədir. Ölkənin Avropa hissəsinə Ural dağlarının qərbi, Asiya hissəsinə Uralın şərqindən Uzaq Şərqə qədər olan ərazilər daxildir. 17,075,400 km² ərazisi olan Rusiya sahəsinə görə dünyanın ən böyük ölkəsidir. Rusiyada 23 UNESCO Dünya İrsi, 40 UNESCO-nun biosfer ehtiyatı, 41 Milli park, 101 qoruğu var. Rusiya, 41° Ş və 82 °C en dairələri ilə 19° Ş və 169° Q uzunluqları arasında yer alır.[1][2]

İnzibati bölgü[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur.[3] Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 21 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-PeterburqSevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.

Rusiyanın respublikaları
Rusiyanın respublikaları

{{columns-list|3|

  1. Adıgey Respublikası
  2. Altay Respublikası
  3. Başqırdıstan Respublikası
  4. Buryatiya Respublikası
  5. Dağıstan Respublikası
  6. İnquşetiya Respublikası
  7. Kabarda-Balkariya Respublikası
  8. Kalmıkiya Respublikası
  9. Qaraçay-Çerkesiya Respublikası
  10. Kareliya Respublikası
  11. Komi Respublikası
  12. Mari El Respublikası
  13. Mordoviya Respublikası
  14. Saxa (Yakutiya) Respublikası
  15. Şimalı Osetiya-Alaniya Respublikası
  16. Tatarıstan Respublikası
  17. Tuva Respublikası
  18. Udmurtiya Respublikası
  19. Xakasiya Respublikası
  20. Çeçenistan Respublikası
  21. Çuvaşıstan Respublikası

Avropa hissəsi[redaktə | mənbəni redaktə et]

Rusiyanın ərazisinin 25%-i, əhalisinin, sənaye və kənd təsərrüfatı məhsullarının 80%-i Avropa hissəsinin payına düşür. Mərkəzi Rusiyanın ən iri şəhərləri Moskva, Sankt-Peterburq, Nijni-Novqoroddur. Tərkibində 3 muxtar respublika yerləşir:

  1. Mari El Respublikasında kartof, kətan, çovdar becərilir, südlük-ətlik heyvandarlıq və donuzçuluq inkişaf edib.
  2. Mordva Respublikasında meşə-kimya sənayesi inkişaf edib. Darı-çovdar və vələmir əkilir.Heyvandarlıq inkişaf edib.
  3. Çuvaş Respublikası türkdilli xalqlar qrupuna aiddir.İri traktor zavodu var. SES-lərə sahibdir. Elektrotexnika inkişaf edib.

Avropa hissəsinin şimalı[redaktə | mənbəni redaktə et]

Şimal Buzlu okeanının qərb sahillərini əhatə edir.İri və rəngarəng təbii resurs potensialına malikdir.Meşə sənayesi rayonun ənənəvi sahələrindəndir.Rayonun tərkibində 2 muxtar respublika var:

  1. Karelya Respublikası əsasən meşə sənayesi, dəmir filizi hasilatı, müxtəlif maşınqayırma sahələri üzrə ixtisaslaşmışdır.
  2. Komi Respublikasında yanacaq-energetika sənayesimeşə sənayesi kompleksləri inkişaf edib.

Avropa hissəsinin cənubu[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz nəzərdə tutulur.İri ASK rayonudur. Taxılçılıq, şəkər çuğunduru, günəbaxan əkinləri, üzüm və meyvə bağları, südlük-ətlik heyvandarlıq və zərifyunlu qoyunçuluq inkişaf etmişdir.Rayon ərazisində 7 muxtar respublika var:

  1. Dağıstan Respublikasında bağçılıq, üzümçülük və qoyunçuluq inkişaf edib.Burada 100 mindən çox əhali yaşayır.
  2. Şimali Osetiya-Alaniya Respublikasında əlvan metallurgiya, dağ-mədən sənayesi aparıcı rol oynayır.
  3. Kabarda-Balkarıstan Respublikasında əlvan metal filizləri hasil olunur.Taxılçılıq, bağçılıq və donuzçuluq inkişaf edib.
  4. Adıgey Respublikasında neft və qaz çıxarılsa da, kənd təsərrüfatı üstünlük təşkil edir.
  5. Qaraçay-Çərkəz Respublikasında kənd təsərrüfatı və dağ turizmi inkişaf edib.
  6. Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəridir. Əhalisi 1 milyona çatır.
  7. İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəridir. Əhalisi 400 min nəfərə çatır.

Avropa hissəsinin şərqi[redaktə | mənbəni redaktə et]

Volqaboyu və Ural iqtisadi rayonlarını əhatə edir.Ölkənin AvropaAsiya hissəsini birləşdirən yollar buradan keçir.

  • Volqaboyu iqtisadi rayonunun formalaşmasında Volqa çayının müstəsna rolu olmuşdur.Burada iri şəhərlərin demək olarki, hamısı Volqa çayı sahilində yerləşir.Rayonun əhalisi çoxmillətlidir.Rayon ərazisində iki muxtar respublika var:
  1. Tatarıstan respublikası Volqa-Kama su qovşağında əlverişli mövqe tutur.Tatarlar türkdilli xalqdır.Paytaxtı Kazan şəhəridir.Respublikanın güclü xammal ehtiyatı və iqtisadi potensialı var.
  2. Kalmık respublikası aşağı Volqa boyunda yerləşir.Əsasən qoyunçuluq inkişaf edib.

Şəhərlər[redaktə | mənbəni redaktə et]

146 milyonluq Rusiya əhalisinin 73%-i şəhərlərdə, 27%-i isə kənd yerlərində yaşayır. Hazırda Rusiyanın, Moskva və Sankt-Peterburq olmaq üzrə iki böyük şəhəri vardır.

Təbii ehtiyatları[redaktə | mənbəni redaktə et]

Dünyanın ən böyük neft rezervinə malik ölkələri

Rusiyada taxta-şalban, neft, təbii qaz, kömür, filiz və digər mineral mənbələri daxil olmaqla geniş təbii sərvət ehtiyatlarına malikdir. Dünyanın ən böyük dövləti olan Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir.

Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə ikinci yerdədir.Rusiya 80 milyard barel neftə sahibdir və bu dünya neftinin 4.6 faizini təşkil edir. Neft ehtiyatına görə dünyada 8-cidir. Neft istehsalına görə isə Səudiyyə Ərəbistanından sonra 2-cidir. Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47 trilyon m3-dir.Dünya qaz ehtiyatının 27 faizinə sahib olmaqla həm də ən yaxın rəqibi İranı 2 dəfə üstələyir.

Bu ehtiyatlar ölkə ərazisində qeyri bərabər paylanıb. Onun şərq rayonları Qərb rayonlarına nisbətən təbii sərvətlərlə çox zəngindir. Kömür, neftqaz ehtiyatları, filiz sərvətlərinin iri yataqları vardır. Ural da daxil olmaqla Qərb rayonlarının, xüsusilə Mərkəz və Volqaboyunun, Şərqində isə iri kömür hasilatı rayonlarında ekoloji vəziyyət ağırdır. Meşə, su, balıq, xəzdərili heyvanlar ilə zəngindir. Hidroenerji ehtiyatları onun şərq rayonlarda daha geniş yayılmışdır. RF yanacaq, filiz, qiymətli metallar, kimya, duzlar zəngindir. RF-nin təbii ehtiyatları çox zəif mənimsənilmişdir, sadəcə olaraq onları istifadəyə cəlb etmək üçün məaliyyə imkanları çatmır. Gələcəkdə RF təbii sərvətləri bütün dünya üçün böyük əhmiyyət kəsb edə bilər. Hal-hazırda Avropanı qazla təmin etməkdə vacib rol oynayır.

Kənd təsərrüfatı[redaktə | mənbəni redaktə et]

Rostov vilayətində buğda yığımı. Rusiya dünyanın ən böyük çovdar, arpa, əkin qarabaşağı, günəbaxanyulaf ixracatçılarındandır.

Ölkənin kənd təsərrüfatı özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda çox da yüksək inkişaf etməyibdir. İslahatlar zəif aparılır, texniki təminatı aşağı səviyyədədir. Hər il ölkəyə xaricdən çoxlu k/t məhsulları və hətta özündə yetişdirilən taxıl idxal edilir. Təbii şəraiti ölkənin geniş ərazisində k/t üçün o qədər də əlverişli deyildir Onun ümumi torpaq fondunun cəmi 13%-i k/t yararlı torpaqlar, 8%-i isə əkirlər. Burada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir.

Taxılçılıq əsas yer tutur. Meşə zonasında boz taxıl növləri – darı, çovdar, arpa, vələmir, qarabaşaq vəs.; meşə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir. Taxılçılıq yaz və payızda səpilən zonalara bölünür. Payızlıq qalın qar örtüyü olan Avropa hissəsində, yazlıq şərq rayonlarında yerləşir. Ölkənin bütün əkinçilik zonalarında yayılıb. Bu taxıl növlərinin müxtəlifliyi ilə bağlıdır. Taxılın məhsuldarlığı aşağıdır. İldə 94.0 mln. tona qədər taxıl toplanır. Taxıl rayonlarında məhsuldarlıq 22sen/ha.dır. (2011-cı il). Öz tələbatını ödəmir. Texniki bitkilərdən ən geniş yayılanı şəkər çuğunduru, günəbaxan, kətan lifi, soya, tənbəki və b. 2011-ci ildə kartof 12.7 mln t, şəkər çuğunduru 42.7 mln t, günəbaxan 9 mln t. Istehsal olunub. Şəkər çuğunduru və şəkər istehsalı Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Altay diyarındadır. 2011-ci ildə 43.0 mln t. şəkər çuğunduru yığılmışdır.

Rusiyada donuzçuluq fabriki

Günəbaxan əkinləri əsaən Şimali Qafqazda və Voqaboyundadır. Daha çox rütubət sevən kətan bitkisi (parça və kəndir hazırlanır) əsasən Şimal-Qərb, Şimal və Volqa-Vyatka rayonlarında yerləşir. 9 mln ton məhsul yığlıb. Soya bitkisi Uzaq Şərqin Cənub rayonlarında becərilir. Kartof və tərəvəz əkinlərinin coğrafiyası daha genişdir. Kartof əkinləri RF-nin Avropa hissəsində, tərəvəz Şimali Qafqaz, Mərkəz və Mərkəzi Qaratorpaqda və iri şəhərlərin ətraflarında becərilir.

RF iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda tərəvəz yetişdirmək üçün istehsallar yardılıblar. Bağçılıq RF Avropa hissəsinin Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və b. inkişaf etmişdir. Heyvandarlıq ölkənin k/t məhsullarının 60%-dən çoxunu verir. 2012-ci ilin əvvəllərində iri buynuzlu heyvanların sayı 20 mln, qoyun-keçi 23 mln. baş olub Ən geniş yayılan iri- buynuzlu mal-qara və donuzçuluqdur. Meşə və meşə çöl zonalarında südlük-ətlik, cənub çöl zonalarında ətlik-südlük istiqaməti əsas yer tutur.

Donuzçuluq Mərkəz Qaratorpaq, Şimali Qafqazın Rostov, Krasnodar və Stavrapol ərazilərində və iri şəhərlərin ətraflarında cəmləşmişdir. Qoyunçuluq Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir. Eyni zamanda Altayda buynuzundan dərman hazırlanan xallı maralçılıq inkişaf etdirilir. Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqaməylərində yerləşir. Ölkədə Qara, Xəzər, Baltik dənizinin sahilləri, Şimali Qafqazda olan mineral bulaqlar mühüm kurort-rekreasiya rayonlarıdır. Dağlarda alpinizmin inkişafı üçün əlverişli şərait vardır. Moskva, Sankt-Peterburq, Novqorod və digər qədim şəhərlərdə olan abidələr əsas turizm obyektləridir.

Topoqrafiya[redaktə | mənbəni redaktə et]

Baykal gölü

Rusiyanın relyefi, başlıca olaraq cənubunda çöl və şimalında sıx meşə düzənliklərdən ibarətdir. Rusiya dünyadakı əkinə yararlı ərazinin 10%-nə malikdir. Dağ fasilələri cənub sərhədləri boyunca yerləşməkdə olub, Qafqaz və (5642 m ilə Rusiya və Avropanın yüksək nöqtəsi), Altay dağlarını əhat edir. Şərq tərəflərində Verxoyansk sıra dağlarıKamçatka yarımadasında isə bir çox aktiv vulkanlar yer almaqdadır. Ural Dağları, mineral resursları baxımından zəngin olub, Avropa ilə Asiyanın şimal-cənub dekabrını yaradır.

Rusiya, Şimal BuzluSakit Okean, Baltik Dənizi, Azov Dənizi, Qara DənizXəzər Dənizi boyunca 37.000 km uzunluğunda bir sahil zolağına malikdir.

Qış aylarında Rusiyada tayqa meşələri, Çelyabinsk vilayəti

İqlimi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Rusiya iqlimi

Ölkənin böyüklüyü və dənizdən uzaq bir çox regionun olması nəticəsində tundra və ucqar cənub-şərq bölgələri istisna olmaqla, rütubətli kontinental iqlim ölkənin hər yerində hakimdir. Cənubdakı dağlar, Hind Okeanından gələn isti hava kütlələrinin girişinə mane olur, ölkənin qərb və şimal bölgələri Şimal buzlu və Atlantik okeandan gələn hava kütlələrinə açıqdır.

Şimali Avropa Rusiyası və Sibirin əksəriyyəti yarı arktik iqlimə malikdir. Şimal-şərq Sibirin iç bölgələrdə çox şiddətli soyuqlar olur (əksəriyyətlə Saxa subyektində daha çox soyuq olur və -71.2 °C kimi rekord aşağı temperaturlar müşahidə edilir). Digər bölgələr isə daha mülayimdir. Arktik Okean sahillərində və Rus Arktik Adalarında isə qütb iqlimi hakimdir.

Ölkə ərazisi boyunca demək olar ki, yalnız iki mövsüm olan qış və yay var. Yaz və payız ayları çox qısa sürür. Yaz və qış ayları arasındakı temperatur fərqi olduqca yüksəkdir. Ən soyuq ay Yanvar olub ən isti ay isə İyul aydır.

Rusiyanın iqlimi xəritəsi

AtlantikSakit Okeanın mülayim təsirinə malik olması səbəbindən, Avropa Rusiyasındakı bir çox sahədə, Qərbi Sibirin cənubunda və Uzaq Şərqi Rusiyanın cənubunda, MoskvaSankt-Peterburq şəhərləri də daxil olmaqla rütubətli bir kontinental iqlim hökm sürür. (Köppenin Dfb, Dfa, Dwb, Dwa tipləri). Skandinaviya yarımadasıSakit Okean arasındakı Şimali Avropa Rusiyasının çoxu və Sibir yarı arktik bir iqlimə malikdir. Şimal-şərq Sibirin daxili regionlarında son dərəcə şiddətli qış keçir.

Şimal Buzlu okean sahilindəki ərazi zolağı, həm də Arktik adalar qütb iqliminə malikdir (adaların bəzilərində ifrat qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)) hökm sürür. Qara dəniz sahilindəki kiçik bir hissə olan Soçi, rütubətli subtropik iqlimə malikdir (Köppenin Cfa tipi). Şərqi SibirUzaq Şərqin bir çox bölgəsində qış yaza nisbətən quru ikən (Dwa, Dwb, Dwc, Dwd tipləri) ölkənin digər bölgələrində isə mövsümlər ərzində bərabər yağış baş verir. Ölkənin bir çox yerində qış yağışları adətən qar kimi düşür. Aşağı Volqa boyu və Xəzər Dənizi sahilindəki region həm də Sibirin cənubdakı bəzi sahələr yarı quraq iqlimə malikdir (BSK).

Rus torpaqlarının təxminən 65%-i permafrost (donmuş torpaq) olaraq vurğulanır.

Günəş şüaları[redaktə | mənbəni redaktə et]

Rusiyanın ərazisində günəş şüaları qeyri-bərabər paylanır. Günəş şüalarının Rusiyanın bölgələri üzrə paylanması aşağıdakı kimidir:

Meteostansiya Yan Fev Мar Apr Маy İyun İyul Avq Sen Okt Noy Dek İlboyu
Həştərxan 87 107 164 225 295 315 332 310 252 180 84 59 2410
Borzya 152 203 264 267 304 303 276 270 231 226 162 140 2797
Naxodka 203 212 210 202 205 178 167 187 208 213 191 192 2368
Moskva 31 71 127 171 264 276 273 236 144 78 33 19 1723
Murmansk 0 34 121 183 192 228 236 155 90 47 6 0 1292
Petropavlovsk-Kamçatski 105 116 177 192 192 192 171 177 177 158 123 93 1872
Sankt-Peterburq 22 54 124 180 260 276 267 214 129 71 24 12 1633
Sevastopol 62 75 145 202 267 316 356 326 254 177 98 64 2342
Simuşir 31 45 87 117 124 111 102 102 132 130 60 34 1075
Soçi 96 107 146 162 220 258 279 282 225 195 120 87 2177
Xabarovsk 146 184 233 213 242 261 248 217 213 189 159 146 2449
Yakutsk 19 99 233 273 304 333 347 273 174 105 60 9 2229

Turizm[redaktə | mənbəni redaktə et]

Rusiyada əsas turizm marşrutları qədim şəhərlərdir. Qədim tarix, iqlim müxtəlifliyi, bir çox tarixi və təbii abidələr, dünya miqyaslı İdman və mədəni tədbirlər sayəsində Rusiya dünyada ən populyar turizm istiqamətlərindən biridir — 2013-cü ildə Rusiyaya 28,4 milyon turist gəlmişdir ki, bu da dünyada ən çox ziyarət edilən ölkələr siyahısında 9-cu, Avropada isə 7-ci göstəricidir. Rusiyada həm daxili, həm də xarici turizm artır (Rosturizmin rəsmi məlumatlarına görə, 2014-cü ildən 2015-ci ilə qədər xarici turist axını 5,5% artıb).

Kreml[redaktə | mənbəni redaktə et]

Rusiyanın paytaxtı - Moskvanın mərkəzində yerləşən - Kreml.

Moskva Kremli, Moskvanın mərkəzində yer alan 1495-ci ildə inşası tamamlanan xüsusi kompleksdir. Kompleks Rusiya prezidentinin rəsmi iqamətgah yeridir. Adı "şəhər içində bir qala" mənasına gəlir. SSRİ dövründə baş katiblər, baş nazirlər, prezidentlər, nazirlər və komissarlar kimi yüksək səviyyəli yüksək rütbəli vəzifəliləri qəbul etməkdə istifadə olunurdu. 1990-cı ildə Qırmızı Meydan ilə birlikdə Dünya İrsi olaraq elan edilmişdir.

Peterhof sarayı[redaktə | mənbəni redaktə et]

Rusiyanın ən böyük və ən çox ziyarət 2-ci şəhəri - Sankt-Peterburqda dünya irsi olan Peterhof Sarayı

Peterhof sarayı, Fin körfəzinin cənub sahilində yerləşən saray-park ansamblıdır. Ansambl Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir (1944-cü ildən - 1997-ci ilə kimi — Petrodvorets). Onun yaxınlığından keçən Peterhof yolu ansamblın şərəfinə adlandırılmışdı. Həmin yolun bir hissəsi "Peterhof Dövlət Muzey-Qoruğunun" tabeliyindədir.

Peterhof özündə iki əsr boyu formalaşmış bir neçə saray-park ansambllarını birləşdirir. Aşağı park, Yuxarı bağ və İngilis parkı — XVIII əsrdə inkişaf etmiş ansambllardı; Aleksandriya, Kolonist parkı, Çəmən parkı, Aleksandrov parkı, Sergiyevka və Daça XIX əsrdə yaradılmış park-kompleksləridir

Böyük Vətən müharibəsi illərində alman qoşunları tərəfindən işğal olunan Peterhofun bütün parkları çox ciddi zədələnmişdi. Xüsusilə Yuxarı bağ və Aşağı Park, həmçinin fəvvarələrin su ötürücü sistemləri dağıntıya məruz qalmışdı. 1944-cü ildə başlamış bərpa işləri günümüzə kimi davam edir.

Vasili Blejannı kilsəsi[redaktə | mənbəni redaktə et]

Rusiyanın paytaxı Moskvada yerləşən UNESCO ümumdünya irsi abidə.

Vasili Blajennı kilsəsi, Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.

Kilsənin özü səma Yerusəlimini simvollaşdırır, ancaq günbəzləri bəzəyən naxışlar və xüsusilə də buradakı rənglərin mənası bu günə kimi həll edilməmiş tapmaca olar qalır. Hələ keçmiş yüzillikdə yazıçı Çayev fərz edirdi ki, kilsə günbəzlərinin rənglərini müqəddəs qəhrəman xoşbəxt Andrey Yurodivinin (Konstantinopollunun) yuxusuyla izah etmək olar - kilsə əfsanələrinə görə, pravoslav dünyasında qeyd olunan Tanrı Anası örtüyünün bayramı məhz bu şəxslə bağlı idi. Onun gözünə səma Yerusəlimi göründü və orada "çoxlu bağlar var idi, onları yüksək, zirvələri titrəyən ağaclar bəzəyirdi... Ağacların bəziləri çiçəkləyirdi, digərləri qızılvari yarpaqlara malik idilər, yeridə qalan başqa ağaclar isə, təsvirəgəlməz gözəlliyi olan müxtəlif meyvələrlə bəzədilmişdi.

Kafedralın hündürlüyü 65 metrdir. Kafedral kiçik kilsələrdən ibarətdir, onların taxtları Kazan üçün həlledici döyüş günlərinə düşmüş bayramların şərəfinə müqəddəsləşdirilmişdir: Müqəddəs Üçlük, Möcüzəyaradan Müqəddəs Nikolayın şərəfinə (daha dəqiq onun Vyatka-Vilikoretskdə yerləşən ikonasının şərəfinə), Rəbbin Yerusəlimə girişi, Məzlum Adrian və Natalyanın şərəfinə (başlanğıcda müqəddəslər Kiprian və İustinanın şərəfinə; 2 oktyabr tarixində qeyd olunurdu), Mərhəmətli müqəddəs İoannın şərəfinə (XVIII əsrə qədər müqəddəs Pavel, Aleksandr və Konstantinopollu İoannın şərəfinə; 6 noyabr tarixində qeyd olunurdu), Aleksandr Svirskinin şərəfinə (17 aprel və 30 avqust tarixlərində qeyd olunurdu), Xutınlı Varlaamın şərəfinə (6 noyabrda və Petrov postunun 1-ci cümə günü qeyd olunurdu), Maarifçi Qriqorinin şərəfinə (30 sentyabr tarixində qeyd olunurdu). Bu səkkiz kilsə (dördü xaçvari düzülmüş, dördü isə onların arasında yerləşən) soğanvari günbəzlə tamamlanmaqla mərkəzdə yerləşən və Tanrı anasının şəfaətinə həsr edilmiş əsas doqquzuncu kilsənin ətrafında formalaşdırılmışdır. Bu doqquz kilsə vahid girişə (ilkin planda açıq idi), qalereya və daxili keçidlərə malikdir.

Kazan Kremli[redaktə | mənbəni redaktə et]

Rusiyanın Tatarıstan vilayətində UNESCO ümumdunya irsi abidə - Kazan Kremli

Kazan Kremli, Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi.

Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir.

Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir.

Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir.

2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidə Blaqoveşenskiy kilsəsidir.

Qırmızı meydan[redaktə | mənbəni redaktə et]

Moskvanın mərkəzində yerləşən - Qırmızı Meydan.

Qırmızı meydan — Rusiyanın Moskva şəhərində yerləşən meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir.

Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir. Bu vaxt heç bir radar onu tutmamışdır. O bu addımını dünyada sülh naminə etdiyinə söyləsə də 437 gün Moskvada həbsdə saxlanılmışdır. Qırmızı meydan Kreml ilə birlikdə 1990-cı ildə YUNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır. Hazırda meydanda konsertlər təşkil olunur, dini və tarixi bayramlar qeyd edilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Герасимова М. И., География почв СССР, М., 1987.
  • Давыдова М. И., Раковская Э. М., Тушинский Г. К. Физическая география СССР. Т. 1. М., Просвещение, 1989.
  • Давыдова М. И., Раковская Э. М. Физическая география СССР. Т. 2. М., 1990.
  • Исаева А. И., Реки и озёра Советского Союза, Л., 1971.
  • Мещеряков Ю. А. Рельеф СССР. М., 1972.
  • Милановский Е. Е., Геология России и ближнего зарубежья. М, издательство МГУ, 1996. ISBN 5-211-03387-6
  • Раковская Э. М., Давыдова М. И., Физическая география России. Часть 1-2. М., Владос, 2001. ISBN 5-691-00687-8
  • Соколов А. А., Гидрография СССР, Л., Гидрометеоиздат, 1952
  • Сыроечковский Е. Е., Рогачёва В. В., Животный мир СССР. М, 1975.
  • География России: Энциклопедический словарь. М., 1998.
  • Геологическое строение СССР и закономерности размещения полезных ископаемых. В 10-ти тт. Л, 1984—1989.
  • Красная книга Российской Федерации: Животные. М, АСТ, 2001. ISBN 5-17-005792-X.
  • Новая Российская Энциклопедия, Природа России, т. 1, с. 11—157. М., Энциклопедия, 2003. ISBN 5-94802-003-7 (а также: Волкова О. А., Борсук О. А., Бадюков Д. Д., География России. М, Энциклопедия. 2005. ISBN 5-94802-011-8).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Russia::Climate and vegetation // Encyclopædia Britannica. 2007-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-03.
  2. The World Network of Biosphere Reserves — UNESCO. "Russian Federation". February 22, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 26, 2007.
  3. Russia // Encyclopædia Britannica. 2008-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-31.