Ruben Stepanyan — Vikipediya

Ruben Stepanyan
erm. Ռուբեն Ստեփանյան
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Moskva
Vətəndaşlığı SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi pedaqoqu
Təhsili
  • İrəvan Dövlət Konservatoriyası[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Ermənistan SSR əməkdar incəsənət xadimi

Ruben Qerasimoviç Stepanyan (29 dekabr 1902, Bakı — 8 mart 1984, Moskva) —  erməni sovet bəstəkarı və dirijoru. 1961-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adını qazanmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

29 dekabr 1902-də Bakıda anadan olub. 1931-ci ildə İrəvan konservatoriyasını bitirmişdir. 1929—1935-ci illərdə İrəvanın Respublika radiosunun Kamera orkestrinin bədii rəhbəri və təşkilatçısı olmuşdur.

1930—1956-cı illərdə A.Spendiarovun adına musiqi məktəbin müəllimi idi.

1931—1940-cı illərdə R.Melikyanın adına simli kvartetin artisti olmuşdur.

1937—1965-ci illərdə A.Spendiarov adına erməni opera və balet teatrının dirijoru idi.

8 mart 1984-cü ildə Moskvada vəfat etdi.

Mükafatlar və adları[redaktə | mənbəni redaktə et]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Opera dirijorluğu[redaktə | mənbəni redaktə et]

  • "Riqoletto" (1940)
  •  "Sevilya bərbəri" (1943)
  •  Donisetinin "Don Pasku ale" (1953)
  •  Tiqranyanın "Anuş" (1956)
  •  "Faust" (1958)
  •  Spendiarovun "Almast" (1959)
  • Qevorkyanın "Kostyor" uşaq operası (1959)

Balet dirijorluğu[redaktə | mənbəni redaktə et]

  • Ter-Qevondyanın "Anait" (1940)
  •  "Qu gölü" (1940)
  •  "Raymonda" (1941)
  •  Yegiazaryanın "Sevan" (1955)
  • Oqanesyanın "Mərmər" (1957)
  •  Xaqaqosryanın "Sona" (1958)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Будагян А. Г. Степанян Р. Г. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1981. — Т. 5.