Roza Cəlilova — Vikipediya

Roza Cəlilova
Rozaliya İsmayıl qızı Cəlilova
Doğum tarixi 17 may 1929(1929-05-17) (94 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR, ZSFSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti xoreoqraf, baletmeyster
Fəaliyyət illəri 1947–indiyə kimi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2007 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
"Şöhrət" ordeni — 2019 "Şərəf nişanı" ordeni — 1959

Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007).

Həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur.[1] 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır.

Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.

Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik etmişdir.

Hal-hazırda pedaqoji fəaliyyətə keçərək Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada fəaliyyət göstərir.

2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunmuşdur.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rəqs bağçamızın qızılgülü". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  2. CBC TV. "Rəqqasə Roza Cəlilovanın 90 illiyi qeyd olunub" (az.). Youtube.com. 18.05.2019. İstifadə tarixi: 2019-05-18.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.

Mənbə[redaktə | mənbəni redaktə et]