Roberto Donadoni — Vikipediya

Roberto Donadoni
it. Roberto Donadoni
Ümumi məlumatlar
Doğum tarixi 9 sentyabr 1963(1963-09-09)[1] (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 173 sm
Çəkisi 68 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d], yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roberto Donadoni (it. Roberto Donadoni; 9 sentyabr 1963[1], Çizano Berqamasko, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. Əsasən sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub.

Koverçianodaki Ali Məşqçilər məktəbinin magistridir. 2002-ci ildə bu ali məktəbin məzun olub. Geodeziya üzrə diploma malikdir .

Futbolçu karyerası[redaktə | mənbəni redaktə et]

Roberto peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. "Atalanta" klubunun gənc komandasının məşqçilərindən biri olan Raffaello Bonifasio gənc Donadoninin oyununu görəndən sonra o "Atalanta" klubuna dəvət alır.

1982-ci ildə Donadoni "Atalanta"nın əsas komandasında debüt edir. Bu zaman klub B Seriyasında yarışırdı. Donadoni tez bir zamanda komandanın əsas heyətində möhkəmlənir və elə ilk mövsümdə 18 oyunda iştirak edir. Bir il sonra klub İtaliyanın ikinci divizionunda birinci yeri tutur və A Seriyasına yüksəlir.[2] Bu mövsümdə futbolçu 26 oyun keçirir və 2 qol vurur.

A Seriyasında Donadoni debütünü 16 sentyabr 1984-cü ildə "İnter" klubu ilə 1:1 hesabı ilə başa çatan oyunda edir. "Atalanta" ilə son mövsümündə Donadoni A Seriyasında ilk qolunu vurur. Bu, "Piza" klubu ilə görüşün 31-ci dəqiqəsində baş verir. Ümumilikdə Donadoni çempionatda "Atalanta"nın heyətində 3 qol vurur. Artıq mövsümün ortasında İtaliyanın "Milan", "Roma", "İnter" və "Yuventus" kimi aparıcı klubları Robertonun transferi ilə bağlı Donadoninin agenti ilə əlaqə saxlamağa başlayırlar.

1984-cü ildə Donadoni İsveçrə ilə oyun üçün İtaliya gənclər komandasına ilk dəvətini alır. Gənclər yığmasının heyətində debütunu isə, 1985-ci il martın 12-də Avstriya komandasına qarşı oyunda edir. Roberto tez bir zamanda Roberto Mançini və Rikardo Ferri ilə birlikdə əsas komanda oyunçusu və gənclər komandasının liderinə çevrilir.

1986-cı ilin yayında Donadoni uşaqlıqdan azarkeşlik etdiyi "Milan" klubuna transfer olunur. Transfer 3,5 milyard lirəyə baş tutur. Bu transfer çox böyuk səs küyə səbəb olue, çünki artıq mətbuatda "Yuventus" klubuna keçdiyini təsdiq edən futbolçu, gözlənilmədən Turin klubunun əzəli rəqibi ilə müqavilə bağlayır. Donadoni "Milan" klubunun yeni prezidenti Silvio Berluskoninin kluba ilk transferi olur və prezidentin futbolçu alması barədə hətta klubun baş məşqçisi Nils Lidholm ilə müzakirə olunmamışdı.

Milan 1992/1993 çempionluğunu qeyd edir. Donadoni sağdan ikinci

Donadoni Rossoneri forması ilə ilk oyununu iyulun 27-də "Vipiteno" klubuna qarşı keçirir. Avqust ayında mövsümlər arası hazırlıq oyunlarında Donadoni mətbuatda bir neçə dəfə "Milan"ın kifayət qədər ləng oynadığını söyləyir, buna görə Robertonun sözlərini əyalət söhbəti adlandıran Lidholm tərəfindən danlanır.

Milanın 1993/1994 mövsümündəki oyun sxemi

Futbolçunun "Milan"ın heyətində rəsmi oyunlarda debütu, avqustun 24-də, milanlıların 1:0 hesabı ilə qalib gəldiyi "Sambenedettese" klubuna qarşı İtaliya kuboku oyununda baş verir. Sentyabrın 14-də Donadoni A Seriyasında "Milan"ın heyətində ilk oyununu keçirir. Lidholm Donadonini ilk oyunlardan sol mərkəz yarımüdafiəçisi kimi oynatmağa başlayır. Arriqo Sakki Milanın baş məşqçisi olduqdan sonra isə, meydanın mərkəzində oynamağa öyrəşmiş Donadoni yarımmüdafiənin sağ cinahına keçirilir. Kəndli ailəsindən olan və uşaqlıqdan ağır fiziki yüklənməyə öyrəşmiş Donadoni həm hücumda, həm də müdafiədə oynayan ekstremal yarımmüdafiəçi roluna ideal uyğun gəlir. "Milan"ın pərəstişkarları Donadoninin meydançadakı hədsiz dözümlüyünə heyran qalırdılar. O, hətta zədələr və göyərmələr bahasına olsa da, meydanda döyuşməkdən çəkinmirdi. Onun komanda yoldaşı Ruud Qullit buna görə Robertoya "Sümük" ləqəbini qoyur.

Ümumilikdə, "Milan"ın heyətində Donadoni 10 il oynayır və klubla demək olar ki, bütün mümkun olan klub kuboklarını, ölkə çempionluğunu, Avropa Çempionlar Kubokunu, Qitələrarası kuboku, Avropa və İtaliya Superkuboklarını qazanır. "Milan"ın heyətində Donadoni 361 oyun keçirib və 23 qol vurub.

Roberto Donadoni 10 il İtaliya millisində çıxış edib. O, İtaliya yığmasında debütünü 8 oktyabr 1986-cı ildə Yunanıstana qarşı oyunda edir. Artıq növbəti oyunda, noyabrın 15-də Donadoni İsveçrə millsinin qapısına qol vurur. Həmin oyunda Donadoni bir neçə gün əvvəl yüngül zədə almasına və çətinliklə məşq etməsinə baxmayaraq meydana çıxır.

Məşqçilik karyerası[redaktə | mənbəni redaktə et]

Donadoni cəmi bir il futboldan uzaq qalır. Məşqçilik üçün müvəqqəti icazə aldıqdan sonra o, C1 Seriyasında çıxış edən "Lekko" klubuna rəhbərlik etməyə başlayır. Roberto növbəti mövsümə B Seriyasında çıxış edən "Livorno" klubunda başlayır. Bu komandaya bir il rəhbərlik edən Roberto, "Livorno"dan dərhal sonra B Seriyasının digər klubu "Cenoa" klubuna dəvət alır, lakin üç ardıcıl məğlubiyyətdən sonra "Cenoa"dan qovulur.

Uğurları[redaktə | mənbəni redaktə et]

Oyunçu kimi[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Milan

Əl-İttihad (Ciddə)

  • Səudiyyə Çempionu: 1999/00

İtaliya millisi

Fərdi[redaktə | mənbəni redaktə et]

  • MLS simvolik komandasının üzvü: 1996
  • Gaetano Şirea mükafatı laureatı (1998)

Məşqçi kimi[redaktə | mənbəni redaktə et]

  • Andrea Fortunado Mükafatının Qalibi: 2014

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Roberto Donadoni // Transfermarkt (çd.). 2000.
  2. "Italy Championship 1983/84". 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]