Risorcimento — Vikipediya

1829—1871-ci illərdə İtaliyanın birləşdirilməsi

Risorcimento (it. il risorgimento — dirçəliş, yenilənmə) — italyan xalqının dağınıq İtaliyanın birləşdirilməsi uğrunda yadellilərə qarşı apardığı milli azadlıq hərəkatını ifadə edən tarixşünaslıq termini. Risorcimento 1870-ci ildə Romanın İtaliya Krallığına birləşdirilməsi ilə başa çatmışdır.