Riçard Attenboro — Vikipediya

Riçard Attenboro
ing. Richard Attenborough
Doğum tarixi 29 avqust 1923(1923-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 avqust 2014(2014-08-24)[3][1][…] (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1942)[4]
Fəaliyyəti ssenarist, film prodüseri, kino aktyoru, kinorejissor, siyasətçi, universitet müəllimi[d], teatr aktyoru, aktyor, rejissor, prodüser
Fəaliyyət illəri 1942–2007
Partiyası
richardattenborough.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[1][2][…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[5]24 avqust 2014[3][1][…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq[5]) — Aktyorxeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu.

Həyatı[redaktə | mənbəni redaktə et]

1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi[6].

Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib[7].

2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı[6].

Lord Riçard və Çelsi FK[redaktə | mənbəni redaktə et]

“Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur[7].

Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur[7].

O, “Çelsi”nin rəsmi xeyriyyə fondu olan “Help A London Child”in də qurucusudur. Lord Riçard Attenbora nəinki “Çelsi”nin, rəqib komandanın azarkeşləri də böyük sayğı və hörmət bəsləyirdi[7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Richard Attenborough // RKDartists (nid.).
  3. 1 2 http://www.bbc.com/news/entertainment-arts-28923074.
  4. 1 2 https://www.rada.ac.uk/profiles?aos=acting&yr=1942&fn=richard&sn=attenborough.
  5. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118898752 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 "İki "Oskar"lı aktyor qocalar evində öldü" (az.). publika.az. 25 Avqust 2014 - 09:42. İstifadə tarixi: 2014-08-25.
  7. 1 2 3 4 "Ömürlük prezident öldü" (az.). publika.az. 25 Avqust 2014 - 17:35. İstifadə tarixi: 2014-08-25.