Rejans — Vikipediya

Kafe de la Rejans - məşhur Paris kafesi, XVII-XVIII əsrlərdə şahmat oyununun mərkəzi kimi məşhurlaşmışdır. Bu kafedə öz dövrünün ən tanınmış şahmatçıları olmuş və şahmat partiyaları oynamışdılar.

Parisdə ilk kafelərdən biri 1681-ci ildə fr. Café de la Place du Palais-Royal adlı kafe olmuş və 1715-ci ildən sonra öz adını dəyişmişdir. Kafenin yeni adı azyaşlı kral XV Lüdoviqin əvəzinə ölkəni idarə edən Orleanlı II Filippin dövru sayılan Regentlik dövrünün ( 1715-1723) adı ilə adlandırılmışdır. Lakin kafe öz adını saxladı. 1740-cı ildən başlayaraq Paris şahmatçıları əvvəllər şahmat partiyası oynadıqları “Prokop” kafesinə yox, məhz bura gəlməyə başladılar.

Kafenin daimi müştəriləri sırasında Deni Didro, Jan-Jak Russo, Fransua-Andre Fillidor, Napoleon BonapartBencamin Franklin kimi məşhur şəxslərə rast gəlmək olardı.Didro özünün “Le neveu de Rameau” ( “Qardaş oğlu Ramo” ) kitabında bu kafenin təsvirini vermişdir.

Kafe uzun illər 1798-ci ildə Napoleonun oynadığı mərmər şahmat stolu ilə fəxr etmişdir. Bu kafedə şahmatdan əlavə bilyard və dama oyunu da oynanılmışdır. 1858-1859-cu illərdə Avropaya səfəri zamanı amerikalı məşhur şahmatçı Pol Mörfi bu kafedə tez-tez olurmuş. Hətta o burada Qarviçi 5,5-2,5 hesabı ilə məğlub etmişdir. 1894-cu ildə bu kafe ilə Sankt-Peterburqda yerləşən kafe ilə məsafəli (distansiyalı) şahmat turniri keçirilmişdir.

1910-cu ildə kafenin sahibi dəyişildi və bu kafe restoran görkəminə salındı.Keçmiş kafenin bəzi dekorasiyaları restoranda 1950-ci illərin ortalarına qədər qalmışdır.