Regimantas Adomaytis
Regimantas Adomaytis | |
---|---|
lit. Regimantas Adomaitis | |
Doğum tarixi | 31 yanvar 1937[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 2022 (85 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1963-cü ildən |
Təhsili | |
Mükafatları | ![]() |
IMDb | ID 0012361 |
Regimantas Vaytkusoviç Adomaytis (lit. Regimantas Adomaitis; 31 yanvar 1937[1], Şyaulyay – 20 iyun 2022, Vilnüs) — Sovet və Litva aktyoru, SSRİ xalq artisti (1985).
Həyatı[redaktə | mənbəni redaktə et]
Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda[2]) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır.
1962–1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.
Vilnüs Filarmoniyasının müğənnisi Eugeniya Bayoritenin həyat yoldaşı olmuşdur.
Ömrünün son illərində ağır xəstə olmuşdur. 20 iyun 2022-ci ildə vəfat etmişdir. Litva Prezidenti Gitanas Nauseda məşhur aktyorun vəfatı ilə əlaqədar başsağlığı vermişdir[3].
Filmoqrafiya[redaktə | mənbəni redaktə et]
Mükafatları[redaktə | mənbəni redaktə et]
Litva SSR-in əməkdar artisti (1973)
Litva SSR-in xalq artisti (1979)
- Almaniya Demokratik Respublikasının Milli mükafatı (1981)
Litva SSR-in Dövlət Mükafatı (1982)
SSRİ xalq artisti (1985)
Litva Böyük Knyaz Qədiminas Ordeninin III dərəcəsi (1997)
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 Regimantas Adomajtis // filmportal.de. 2005.
- ↑ "Регимантас Адомайтис (Regimantas Adomaitis) — Биографии, мемуары, истории". 2010-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
- ↑ Sputnik Литва. "Умер известный литовский актер Регимантас Адомайтис". Sputnik Литва (rus). 20220620T1340+0300. İstifadə tarixi: 2022-06-20.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Regimantas Adomaytis (ing.) Internet Movie Database saytında