Refik Koraltan — Vikipediya

Refik Koraltan
Türkiyə Böyük Millət Məclisinin sədri
22 may 1950 – 15 aprel 1955
ƏvvəlkiŞükrü Saracoğlu
SonrakıFuad Sirmən
Şəxsi məlumatlar
Doğum adı Bekir Refik Koraltan
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 17 iyun 1974(1974-06-17)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəkir Refik Koraltan (1889, Divriği, Sivas ili17 iyun 1974, İstanbul) — Türk siyasətçi, Demokrat Parti dövründə, 1950 ile 1960 arasında Türkiyə Böyük Millət Məclisi Başqanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ilk təhsilini Sivas ilinin Divriği şəhərində alan Koraltan Istanbula gedərək liseydə oxuyur. Daha sonra Istanbul Universitetinin Hüquq fakültəsində təhsil alır. 1914-cü ildən etibarən prokuror və vəkil işləməyə başlayır. Mudros müqaviləsindən sonra bir müddətdə Istanbulda işləyir və Konyaya qayıdır. O burada Milli Qüvvələrin tərkibinə qatılaraq Istiqlal müharibəsinə qoşulur. 1920-ci il 23 apreldə Konyadan TBMM-ə CXP-dən deputat seçilir. Koraltan həmçinin Konyadan II, III, IV çağırış millətvəkili seçilir. Deputatlıqdan 1935-də ayrılır və bir daha 4 il sonra Içeldən Məclisə daxil olur.

1945-ci ildə Cəlal Bayar rəhbərliyi altında Adnan Menderes, Fuad Köprülü ilə birlikdə demokratik çoxpartiyalı sistemə keçidi tələb edən "Dördlü Takrir" adlı sənədi CXP-yə təqdim etdilər və partiyadan qovuldular. Bu 4 siyasətçi 1946-cı ildə Demokrat Partiyanı qurdular. 1950,1954,1957-ci illərdəki parlament seçkilərində yenidən Içeldən deputat seçilir. Koraltan 1950-ci ildə DP iqtidara gəldikdən sonra TBMM-in sədri seçilir. 10 il bu vəzifədə qalan Koraltan 27 may 1960 çevrilişindən sonra həbs edildi və Yassıada məhkəməsində ölüm cəzasına məhkum edildi. Lakin sonradan ölüm cəzası ömürlük həbslə əvəz edildi. 3 avqust 1966-cı ildə bütün DP-lilər kimi Koraltan da əhf edildi, ancaq siyasi hüquqları geri verilmədi. Siyasi əhf isə 1974-cü ildə gəldi. Lakin Koraltan bundan sonra siyasətə qoşulmadı.

Refik Koraltan 17 iyun 1974-cü ildə podaqra xəstəliyindən vəfat etdi və Ankarada dəfn edildi.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Yetkin, Çetin. Karşıdevrim 1945–1950 (2002), (2007 (6. Basım)) sf. 181, ISBN 975-00744-4-0

İstinadlar[redaktə | mənbəni redaktə et]