Red Hot Chili Peppers — Vikipediya

Red Hot Chili Peppers
Loqonun şəkli
Əsas məlumatlar
Üslub Fank rok, alternativ rok, rap rok, pop rok
Fəaliyyət illəri 1983–indiyədək
Ölkə Los-Anceles, Kaliforniya,
ABŞ ABŞ
Leybl EMI, Warner Bros.
Heyət Entoni Kidis
Fli
Çad Smit
Coş Klinqhoffer
Keçmiş üzvlər Con Fruşante
Hillel Slovak
Deyv Navarro
Cessi Tobias
Erik Marşall
Di Eyç Peliqro
Diueyn Maknayt
Cek Ayrons
Kliff Martines
Cek Şerman
www.redhotchilipeppers.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu.

Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar. Və bundan sonra qrup böyük şöhrət qazanır.

1992-ci ildə Con Fruşante qrupu tərk edir, buna səbəb kimi o, qrupun artıq çox populyar olmasını göstərir. Ağır vəziyyətdə olan qrup bir il ərzində bir neçə istedadlı, lakin qrupun stilinə uymayan gitaraçı cəlb edir. Axtarışlardan sonra dəstəyə Deyv Navarro çağırılır və onunla 1995-ci ildə One Hot Minute albomu yazılır. Albom fanat və kritiklər tərəfindən müsbət qarşılansa da, maliyyə cəhətdən uğursuz olmuşdur.

1998-ci ildə Deyv Navarro narkotik asıllığına görə qrupdan uzaqlaşdırılır və onun yerinə yenidən Con Fruşante dəvət edilir. 1999-cu ildə qrupun ən uğurlu albomu olan Californication işıq üzü görür. Albomdakı Californication, Otherside, Scar Tissue, Around The World, Road Trippin` sinqlları isə qruppun vizit-kartına çevrilmişdir.

2002-ci ildə By the Way albomunu satışa çıxarılır.

2006-cı ildə isə Con Fruşante ilə qrup sonuncu və çox uğurlu albomunu, Stadium Arcadium-u yazır.

2008-ci ildə Con Fruşante qrupu tərk edir, səbəb kimi o solo karyerasına daha çox vaxt ayırmağını göstərir. (Əsl səbəb isə onun artıq rok gitaraçısı kimi yox, elektron müsiqiçi kimi karyerasını davam etdirmək istəyidir. 2015-ci ildə "Trickfinger" adlı sinti-pop, acid-house üslublu albomun buraxılışı bunu təsdiq edir.)

2009-cu ildə qrupa, bəzi çıxışlarda ikinci gitara və Fruşante roudisi olan Coş Klinqhoffer gəlir.

2011-ci ildə qrupun indiyədək yazılan sonuncu albomu İ`m with you işıq üzü görür.

Heyət[redaktə | mənbəni redaktə et]

Hazırkı üzvlər
  • Entoni Kidis — vokal (1983—indiyədək)
  • Fli — bas gitara, bek vokal, truba (1983—indiyədək)
  • Çad Smit — baraban (1988—indiyədək)
  • Coş Klinqhoffer — gitara, klaviş, bek-vokal (2009—indiyədək; 2007-ci il sessiyasında)
Tərk etmiş üzvlər

Qrafika[redaktə | mənbəni redaktə et]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Qrupun indiyə qədər buraxdıqları albomlar:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]