Raziyə Şabani — Vikipediya

Raziyə Qulami Şabani
az-əbcəd. راضیه غلامی شعبانی
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təbriz, Şərqi Azərbaycan ostanı
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Köln, Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Partiya
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Rza İbrahimzadə

Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsiİran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır.

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur[1]. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi[2]. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur. Bir müddət Tehranda saxlanıldıqdan sonra Təbrizə köçürülür. Hökm oxunduqda isə artıq oğlu dünyaya gəlmişdi. 6 illik həbsindən sonra bir müddət ölkədə qaldıqdan sonra 1955-ci ildə SSRİ ərazisinə keçir burada o çoxdan mühacirətdə olan həyat yoldaşına qovuşur. 1979-cu ildə baş vermiş İslam inqilabından sonra İrana geri dönür. 8 il də orada yaşadıqdan sonra Azərbaycana keçdikdən sonra Almaniyaya mühacirət edir. Mühacirətdə olduğu dövrdə öz xatirələrini qələmə alıb kitab nəşr etdirir.[3]

Xatirələri[redaktə | mənbəni redaktə et]

Mühacirətdə olduğu zaman yazdığı kitabında öz xatirələrinə də yer vermişdir. Xatirələrində 1947-ci ildə həbs edilməsi ilə bağlı yazırdı:[1][4]

" Mən o vaxt Tehran şəhərində idim. Azərbaycana hücum etdikləri və xalqı qırıb öldürdüklərində gizlənməyə məcbur qaldım. Ancaq sonra tutularaq 1947 fevralında iki aylıq uşağım qarnımda ikən zindana göndərildim. O zamanlar, qadınlara məxsus zindan yox idi. General Rəzmaranın binalarından birini icarə edib, zindana çevirmişdilər. Daha sonralar, məni Tehrandan Azərbaycandakı Ordu Prokurorluğuna təslim etdilər. Birinci hərbi məhkəməyə aparıldığım zaman oğlum 12 günlük idi. "

Ölümü[redaktə | mənbəni redaktə et]

Raziyə Şabani İbrahimzadə yanvarın 28-də mühacirətdə yaşadığı Almaniyanın Köln şəhərində 87 yaşında dünyasını dəyişib.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 N.S. "Azərbaycan Demokrat Firqəsinin görkəmli üzvü Raziyə Şəbani İbrahimzadə 87 yaşında vəfat edib". gunaz.tv. 30 yanvar 2013. 14 fevral 2019 tarixində arxivləşdirilib.
  2. "یاد و خاطره ی راضیه غلامی شعبانی گرامی! [[Azərbaycan dili|azərb]]. ‎Raziyə Qulami Şabanini unutmayın" (fars. ‎). tribunezamaneh.com. 14 fevral 2019 tarixində arxivləşdirilib.
  3. "راضیه ابراهیم زاده؛ فراز و فرود هفتاد سال زندگی سیاسی" (fars. ‎). bbc.com. 29 yanvar 2013. 2019-02-15 tarixində orijinalından arxivləşdirilib.
  4. Tural Elçin. "1945-46-cı illərdə Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş Raziyə Şəbani İbrahimzadə". baxh.wordpress.com. 8 fevral 2013. 14 fevral 2019 tarixində arxivləşdirilib.
  5. "راضیه غلامی شعبانی" (fars. ‎). citytomb.com. 14 fevral 2019 tarixində arxivləşdirilib.