Ramiz Sərkərov — Vikipediya

Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov
Doğum tarixi
Doğum yeri Qax rayonu, Azərbaycan SSR
Vəfat tarixi (47 yaşında)
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu

Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax7 aprel 2007) — aktyor, prodüser.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib.

R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb.

7 aprel 2007-ci ildə vəfat edib.[1]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib.[2]

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa
  2. Ərizə (Ə.Əmirli) — Kamil
  3. Cəza (Ə.Əmirli) — aktyor
  4. Mağara (A.Həsənzadə) — Eldəniz
  5. Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək
  6. Mahmud və Məryəm (Elçin) — Süleyman paşa
  7. Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə
  8. Ağ div və qara div (Ə.Səmədli) — qara div
  9. Yaddaş ağrısı (H.Mirələmov) — Vahan
  10. Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri
  11. Ezop (G.Fiqeyredo) — Ksanf
  12. Mustafa (O.Asena) — Hüseyn dayı
  13. Hacı Qara (M.F.Axundzadə) — Sərkis
  14. Danışan gəlincik (A.Şaiq) — padşah

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Apardı sellər Saranı (film, 1996)
  2. At ilinin birinci ayı (film, 1993)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Cavid ömrü (film, 2007)
  5. Ərazi (film, 2005)
  6. Gəlinlər (film, 2002)
  7. Halal pullar (film, 2008)
  8. Hərənin öz payı+tayı (film, 2006)
  9. Kəndim+nizə qayıdın!? (film, 2007)
  10. Kişiləri qoruyun (film, 2006)
  11. QAZ (film, 2005)
  12. Lal (film, 1992)
  13. Məhəllə (film, 2003)
  14. Məşədi İbad-94 (film, 2005)
  15. Müəmmalı yubiley (film, 2007)
  16. Yeni həyat (2005)
  17. Yol yoldaşları (film, 2003)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aktyor Ramiz Sərkərov dünyasını dəyişib". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  2. PrimeTime. "Ramiz Sərkərova həsr edilən gecə" (az.). Primetime.az. 13.04.2017. 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]