Ramiz Məlik — Vikipediya

Ramiz Məlik
Doğum tarixi 4 avqust 1943(1943-08-04)
Doğum yeri
Vəfat tarixi 14 dekabr 2023(2023-12-14) (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1967–2023
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1984 "Sənətkar" medalı
"Şöhrət" ordeni — 2019 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023
IMDb ID1142115

Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

Ramiz Məlik 14 Dekabr 2023-cü ildə 80 yaşında vəfat edib.[1] İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.[3]

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[4] Prezident təqaüdçüsü olmuşdur.

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.[5]

Teatr səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xalq artisti Ramiz Məlik vəfat edib
  2. "Xalq artisti Ramiz Məlik dəfn olunub". 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  3. Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.  (az.)
  4. "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
  5. "R.A.Məlikin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ramiz Məlikov

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]