Rahid Sadıxov — Vikipediya

Rahid Sadıxov
Rahid Vahid oğlu Sadıxov
Şəxsi məlumatlar
Doğum tarixi 13 fevral 2001(2001-02-13)
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2020(2020-09-28) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı

Rahid Sadıxov (13 fevral 2001, Saratov28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahid Sadıxov 13 fevral 2001-ci il ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007–2016-cı illərdə Saray qəsəbəsinin M. Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb.[3] Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonuTərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində SuqovusanTalış kəndi ətrafında gedən döyüşlərdə şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub. Sonuncu dəfə ailəsi ilə 26 sentyabrda əlaqə saxlayıb.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • 6 iyun 2019 — nümunəvi xidmətinə görə, Ramazan bayramı münasibətilə, polkovnik leytenant Rəşid Niftəliyev tərəfindən fəxri fərmanla təltif olunub.
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçularının adlarını açıqlayıb". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  3. Şəhid Sadıxov Rahid Vahid oğlunun xatirəsinə...
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.