Rahid Rəhmanov — Vikipediya

Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov
Doğum tarixi 21 noyabr 1936(1936-11-21)
Doğum yeri
Vəfat tarixi 2 iyun 2022(2022-06-02) (85 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ramiz Rəhmanov
Anası Lumu xanım Rəhmanova
Elm sahəsi geologiya
Elmi dərəcəsi
İş yerləri
Alma-mater Azərbaycan Neft və Kimya İnstitutu
Təhsili

Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991).

Həyat yolu[redaktə | mənbəni redaktə et]

1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub.

1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur.

1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı.

1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir.

1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi.

1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.

1983 – "Geotektonika" ixtisası üzrə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Mütəhərrik qurşaqların palçıq vulkanizmi və onun geotektoniki mövqeyi" mövzusunda dissertasiya müdafiə etmişdir.

1983–1993 – Azərbaycan EA Geologiya İnstitutunun doktorluq dissertasiya müdafiəsi üzrə İxtisaslaşmış şuranın elmi katibi və üzvü.

1986–1996 – Azərbaycan EA Geologiya İnstitutunun Palçıq vulkanizmi laboratoriyasının rəhbəri.

1995–2000 – "Od" Beynəlxalq Palçıq Vulkanologiya Mərkəzinin təsisçi və sədri.

1996–2001 – Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda (sonralar Azərbaycan Dövlət Neft Şirkətinin "Elmi-Tədqiqatlar" İnstitutu) böyük və aparıcı elmi işçisi.

2001–2009 – Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun geoloji-geofiziki ümumiləşdirmə laboratoriyasının baş elmi işçisi.

2009–2014 – Azərbaycan Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun aparıcı elmi işçisi.

2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda əmək müqaviləsi əsasında baş elmi işçi.

Elmi və ictimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi tədqiqat sahələri – palçıq vulkanizmi, neftli-qazlı rayonlarının geologiyası və quruluşu, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatıdır.

Palçıq vulkanizmin Yer kürəsinin mütəhərrik qurşaqlarında yaylma qanunauğunluqlarını, onun qalın (8–15 km və daha artıq) çöküntü qatı olan çökəkliklərdə yerləşməsini əsaslandırıb. Palçıq vulkanlarının iki morfogenetrik tipini ayırıb. İlk dəfə paleopalçıq vulkanizmi problemini irəli sürüb, palçıq vlkanlarının məlumat bankını yaradıb.

"Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları"(1978), "Azərbaycan, Türkmənistan və Cənubi Xəzərin palçıq vulkanları və neft-qazlılıq proqnozu" (1997) xəritələrinin tərtibçilərindən və izahat kitablarının müəlliflərindən biridir.

1993–1995-ci illərdə "Britiş-Petroleum" və "Statoyl" xarici şirkətlərlə və 2001-ci ildə BP-lə birgə aparılan işlərin icraçısı olub.

Müstəqil və müştərək elmi məruzələri Gənc alimlərin Ümumittifaq konfransında (Moskva, 1966), "Cənubi Xəzər çökəliyinin neft-qaz yataqlarının qaz-geokimyəvi üsullarla axtarışı" Ümumittifaq seminar-müşavirində (Bakı, 1972), Beynəlxalq Geoloji konqresin 27-ci sessiyasında (Moskva, 1984), Geologiya elmlərinin tarixi üzrə IV ikitətəfli (SSRİ-ADR) simpoziymda (Bakı, 1986), Çökmə və vulkanogen-çökmə formasiyaları və onların faydalı qazıntıları" Ümumittifaq seminar-müşavirədə, "Böyük dərinliklərin neft-qazlılığı və palçıq vulkanizmi" I Ümumittifaq müşavirə-seminarda (Bakı, 1991), Amerika neftçi-geoloqların Assosiasiyasının Beynəlxalq konfransında (Nitsa- Fransa, 1995), Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin Azərbaycanın palçıq vulkanlarına həsr edilmiş III Beynəlxalq konfransında (Bakı, 1995), "Neft geologiyasında kompüter qrafikası, məlumat bankları, kompüter modelləşdirilməsi" I Beynəlxalq konfransda (S.-Peterburq, 1995), "Geo-Xəzər-Neft" proqramı üzrə Beynəlxalq elmi-təşkilatı seminarda (Həştərxan, 2000), "Karbohidrogen resurslarının aşkarlanmasına kompleks yanaşma" Beynəlxalq konfransda (Bakı, 2012), "Neftçıxarmada yeni texnologiyalar" II Beynəlxalq elmi-təcrübi konfransda (Bakı, 1912) dinlənilib.

1980–1990-cı illərdə SSRİ EA neft və qazın geologiyası və geokimyası problemləri üzrə Elmi Şurasının Qafqaz və Zaqafaziya Regional Komissiyasının elmi katibi və üzvü. Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin üzvü.

Pedaqoji fəaliyyəri[redaktə | mənbəni redaktə et]

1986–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında dərs deyib.

Medalları[redaktə | mənbəni redaktə et]

Əmək veteranı (1987), SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisizinin gümüş (1981) və bürünc (1983) medalları.

Kitablari[redaktə | mənbəni redaktə et]

  • Palçıq vulkanları. Bakı, Azərneftnəşr, 1960, 43 s.;
  • Xəzər və neft. Bakı, Azərnəşr, 1961, 184 s. (həmmüəllif A. S. Rəhimov) [1]
  • Каталог зафиксированных извержений грязевых вулканов Азербайджана (за период 1810–1974 гг), Баку, АзНИПИнефть, 1974, 33 с (соапвторы А.А.Якубов, А.А.Али-Заде, Ю.Г.Мамедов).[2]
  • Грязевые вулканы Азербайджана (аннотированный библиографический справочник) (соавторы А.А.Якубов, Ад.А.Алиев). Баку, Элм, 1976, 220 с.[3]
  • Карта грязевых вулканов нефтегазоносных областей Азербайджанской ССР масштаба 1:500000 и объяснительная записка к ней. Баку, Элм, 1978, 40 с. (коллектив авторов).[4]
  • Грязевой вулканизм Советского Союза и его связь с нефтегазоносностью. Баку, Элм, 1980, 165 с. (коллектив авторов).
  • Грязевые вулканы и их значение в прогнозировании газонефтеносности недр. Москва, Недра, 1987, 174 с.[5]
  • Mud volcanism and prognostication of oil and gas potential of Azerbaijan, Turkmenistan and the South Caspian. Explanatory booklet to the 1:500000 scale Map of mud volcanoes and oil and gas potential of Azerbaijan, Turkmenistan and the South Caspian. Baku, Houston, 1997, 144 p. (коллектив авторов).
  • Грязевые вулканы Азербайджана (библиографический справочник), вып. 2. Баку, Nafta-Press, 2006, 134 с. (соавторы Ад.Алиев, Т.И.Гасаналиева).
  • Каталог извержений грязевых вулканов Азербайджана (1810–2007 гг.). Баку, Nafta-Press, 2009, 110 с. (соавторы Ад.А.Алиев, И.С.Гулиев)
  • Catalogue of mud volcanoes eruptions of Azerbaijan (1810–2007). Baku, Nafta-Press, 2009, 105 p. (həmmüəlliflər Ad. A. Əliyev, İ. S. Quliyev).
  • Мамед Мирзоев – геолог-нефтяник, журналист. Баку, Марс-Принт, 2010, 174 с. [6]
  • Naxçıvan Muxtar Respublikasının neft-qazlılıq perspektivliyi. Bakı, "NQETLİ" nəşr., 2013, 140 s. (həmmüəllif X. M. Yusifov).

120-dən çox elmi məqaləsi Bakıda və xarici ölkələrdə dərc edilib.

Kitablara və xəritəyə rəylər[redaktə | mənbəni redaktə et]

  1. Hüseynov Ə, Çobanzadə. "Kommunist" qəzeti, 1962, № 10, 16 yanvar; Səmədov F. "Kommunist", 1962, № 297, 22 dekabr;
  2. Мамедова Ф. Газета "Баку", № 221, 1974, 230 сентября.
  3. Азеринформ. Газета "Вышка", № 256, 1976, 2 ноября; Cухарев Г.М. Журнал "Известия АН Азерб., серия наук о Земле", 1977, № 5, с. 110–111; Бугельская Л.И., Соловьев Ю.Я., Тихомиров В.В. Журнал "Известия АН СССР, серия геолог.," 1978, № 4, с. 148–150;
  4. Азеринформ. Газета "Вышка", № 182, 1979, 11 августа; Мирзев М. Газета "Баку", № 89, 1980, 14 апреля; Əliyev A. "Bakı" qəzeti, № 206, 1980, 3 sentyabr; Вебер В.В., "Азерб. нефт. хоз-во", 1979, № 10, с. 78.
  5. Мамедзаде Р. Газета "Баку", № 134, 1987, 10 июня; Мирзоев М.А. Журнал "Азерб. нефт. хоз-во", 1987, № 8, с. 62–63.
  6. Нилуфар Гасан гызы. Газета "Вышка", № 2, 2011, 15–19 января.

Haqqında[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycan pioneri" qəzeti, 1949, 31 dek.
  • Мирзоев М. Записки геолога. Баку, Горгуд, 1997, с. 113–121, 239.
  • Azərbaycan Elmlər Akademiyası. Geologiya İnstitutunun alimləri, Bakı, Nafta-Press, 1999, s.244–245.
  • Mirzəyev M., Mirzəliyev C. "Qara qızıl" ağ səadət rəngində. İkici kitab. Bakı, "Azərbaycan" nəşr., 2001, s. 123–124.
  • Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun alimləri, Sorğu kitabı, Bakı, Марс-Принт, 2004, 274–275.
  • Azərbaycanın geoloq və geofizik alimləri. Bakı, Nafta-Press, 2004, s.297–298
  • Azərbaycanın neftci alimləri. Rahid Ramiz oğlu Rəhmanov : Biblioqrafiya. Bakı, AzNQSDETLİ-nın nəşr-tı, 2006, 75 s.
  • Rəhmanov Rahid Ramiz oğlu –75 // Azərb. Neft. Təsər., 2011, № 11, s. 79–80.
  • Энциклопедический альбом нефти и газа России – история в лицах и свершениях. Москва, НИКА-Д, 2012, с. 720.

İstinadlar[redaktə | mənbəni redaktə et]