Rafiq Rəsulov (gitaraçı) — Vikipediya

Rafiq Rəsulov
Ümumi məlumatlar
Doğum adı Rafael Rəsulov
Ləqəbi Hendrix
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Üzvlüyü Xürrəmilər

Rafiq Rəsulov — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir).

Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir.

Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.