Rafiq Hüseynov (diktor) — Vikipediya

Rafiq Hüseynov
Rafiq Əyyub oğlu Hüseynov
Digər adı Rafiq Hüseynli
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Düsseldorf, Şimali Reyn-Vestfaliya, Almaniya
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti diktor
Fəaliyyət illəri 1966-cı ildən
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1990

Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, Dağlıq Qarabağ26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990).

Həyatı[redaktə | mənbəni redaktə et]

Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.[1]

2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.[2][3] Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır.

26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.[4] 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib.[5] 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında[6] baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[7]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. CBC. "Rafiq Hüseynov son mənzilə yola salında" (az.). Youtube.com. 04.11.2017. İstifadə tarixi: 2017-11-04.
  2. Contact. "Союз Кинематографистов объявил имена своих лауреатов" (rus). Contact.az. 01.08.2016. İstifadə tarixi: 2016-08-03.[ölü keçid]
  3. Kulis. "Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri müəyyənləşdi" (az.). Kulis.lent.az. 02.08.2016. İstifadə tarixi: 2016-08-03.[ölü keçid]
  4. "Azərbaycanın xalq artisti Almaniyada vəfat etdi". APA (az.). Lent.az. 10.30.2017. 2017-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  5. APA TV. "Diktor Rafiq Hüseynlinin cənazəsi Bakıya gətirildi" (az.). Youtube.com. 02.11.2017. İstifadə tarixi: 2017-11-02.
  6. APA TV. "Get, sevdalı cavanlar kimi get..." (az.). Youtube.com. 03.11.2017. İstifadə tarixi: 2017-11-03.
  7. Xəzər TV. "Rafiq Hüseynov dəfn olunub" (az.). Youtube.com. 03.11.2017. İstifadə tarixi: 2017-11-03.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.