Rafiq Hüseynov (aktyor) — Vikipediya

Rafiq Hüseynov
Rafiq Mirzəcan oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Hacıqabul, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti Aktyor

Rafiq Mirzəcan oğlu Hüseynov (24 aprel 1941 – 19 avqust 2018) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (1991).

Həyatı[redaktə | mənbəni redaktə et]

24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. 20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

19 avqust 2018-ci ildə vəfat edib.[1]

Əsas rolları:

  1. Leonardo - ("Sükut divarı", Paola Messina)
  2. Əşrəf bəy - ("Hacı Qənbər", Nəcəf Bəy Vəzirov)
  3. Həcir - ("Söhrab və Rüstəm", İskəndər Coşğun)
  4. Mələmiş müəllim - ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli)
  5. Mahmud - ("Azad Çoban", Məmmədiyyə Yusifzadə)
  6. Səlim - ("Bir sahilin adamları", Xalidə Hasilova)
  7. Dahi - ("Unutmağa kimsə yox", Kamal Abdulla)
  8. Qara keşiş - ("Nəsrəddin", Yusif Əzimzadə)
  9. Ziyad xan - ("Mahmud və Məryəm", Elçin)
  10. M.B.Bağırov - ("Ölüm hökmü", Elçin)
  11. Mkrtıç – ("Hacı Qara", Mirzə Fətəli Axundov)
  12. Piri Baba - ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq)
  13. Salur Qazan - ("Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə)
  14. Əmir Şeyxzamanov – ("Mənim ağ göyərçinim, Tamara Vəliyeva)
  15. Vətən – ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov)
  16. Zəvvarbaşı – ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qəzəlxan (film, 1991)
  2. Fatehlərin divanı
  3. Sonuncu şahid (film, 2004)
  4. Təlatüm (film, 2006)
  5. Cavid ömrü (film, 2007)
  6. Gürzə (2008)
  7. Aktrisa (film, 2011)(tammetrajlı bədii film)-səsləndirən: baş prokuror (Yuri Baliyev)
  8. Sirr (serial, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qafqazinfo. "Rafiq Hüseynov vəfat etdi" (az.). Qafqazinfo.az. 20.08.2018. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-20.