Rafael Alberti — Vikipediya

Rafael Alberti
Rafael Alberti Merello
Doğum tarixi
Doğum yeri İspaniya, Kadis əyalətinin Puerto-de-Santa-Mariya k.
Vəfat tarixi (96 yaşında)
Vəfat yeri Madrid
Vətəndaşlığı İspaniya İspaniya
Milliyyəti ispan
Fəaliyyəti şair, dramaturq
Fəaliyyət illəri 19241989
Əsərlərinin dili ispan
İstiqamət realizm
Janr dram
Mükafatları "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı ıaureatı (1965); "Milli teatr" mükafatı (1981); "Servantes" mükafatı (1983)
İmza
Vikimənbənin loqosu Rafael Alberti Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rafael Alberti (d.16.12.1902, Kadis əyalətinin Puerto-de-Santa-Mariya k. — ö.29.10.1999, Madrid) — XX əsrin ispan şairidramaturqu.

Həyatı və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Rafael Alberti yaradıcılığa rəssam kimi başlamış, sonra isə poeziyaya yönəlmişdir. Onun "Dənizçi quruda" adlı ilk şeirlər kitabı 1925-ci ildə çap olunub. Həmin ildə gənc şair ədəbiyyat üzrə "Milli" mükafata layiq görülmüşdür. Bu illərdə Rafael sürrealist və avanqard ruha yaxın olan əsərlər yaradır. Avanqardizmin təsirilə yazdığı şeirləri "Möhkəm hörgü" (1927), "Mələklər haqqında" (1930) və s. kimi kitablarında toplanmışdır. Yaradıcılığının erkən dövründə folklordan bəhrələnmişdir: "Dənizçi quruda" (1925), "Məşuqə" (1926) topluları və s. göstərmək olar.

1927-ci ildə 27-ci ədəbi hərəkatının yaradıcılarından biri olmuşdur. 1931-ci ildə Alberti İspaniya Kommunist Partiyasına daxil olmuşdur. 1934-cü ildə həyat yoldaşı Mariya Telesa Leon ilə birlikdə Moskvada keçirilən Sovet yazıçılarının I qurultayında iştirak etmişdir. 1936-39-cu illərdə İspaniya antifaşist ziyalılar ittifaqında görkəmli rol oynamışdır. İspaniyada respublikaçıların məğlubiyyətindən sonra şair ölkəni tərk etmişdir; o, əvvəlcə Fransada (1936-40-cı illərdə), sonra isə 1977-ci ildə ArgentinadaRomada yaşamışdır. 1977-ci il Frankonun ölümündən sonra şair siyasi mühacirətdən vətəninə qayıtmış və qayıtdıqdan qısa müddət sonra Kadisin millət vəkili seçilmişdir.

Alberti bütün həyatı boyu Rusiyanın və Sovet İttifaqının böyük dostu olmuşdur. Şair SSRİ-yə 1932, 19341964-ci illərdə üç dəfə gəlmişdi. Şair 1934-cü ildə Bakıda olmuşdur. 1995-ci ildə Valensiya Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Prado muzeyində hərb gecəsi” (1956) pyesi ispan xalqının azadlıq uğrunda mübarizəsinə həsr olunmuşdur. 1956-cı ildə “Unudulmuş meşəcik” adlı xatirələrini çap etdirmişdiR.[1]

Şeir kitabları[redaktə | mənbəni redaktə et]

  • Şüarlar” (1933)
  • Şair küçədə” (1936)
  • Ləpədöyən” (1944)
  • Xuan Panaderonun kupletləri” (1949)
  • Parana çayının ballada və nəğmələri” (1954)
  • Yalnız dəniz” (1983)
  • Santa Kasilda” (1990)

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı ıaureatı (1965)
  • "Milli teatr" mükafatı (1981)
  • "Servantes" mükafatı (1983)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 301–302. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]