Rafael İsgəndərov — Vikipediya

Rafael İsgəndərov
Rafael Çərkəz oğlu İsgəndərov
Doğum tarixi (51 yaş)
Doğum yeri Keşlə, Bakı şəhəri[1], Azərbaycan SSR
Vətəndaşlığı
Atası Çərkəz İsgəndərov
Fəaliyyəti aktyor
ssenarist
Fəaliyyət illəri 1992–h.h
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Rafael Çərkəz oğlu İsgəndərov (23 aprel 1972, Keşlə) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rafael İsgəndərov 23 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir. 1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar ƏləkbərovFuad Poladov kimi aktyorlardan dərs alıb. 3-cü kursda ikən Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb.

Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bala-başa bəla! (film, 1995)
  2. Yaşıl eynəkli adam-2 (film, 1999)
  3. Gəl qohum olaq (film, 2001)
  4. Nekroloq (film, 2001)
  5. Gəlinlər (film, 2002)
  6. Bir anın həqiqəti (film, 2003)
  7. Məhəllə (film, 2003)
  8. Tam məxfi (film, 2004)
  9. Məhəllə 2 Moskvada (film, 2004)
  10. Bomba (film, 2005)
  11. QAZ (film, 2005)
  12. Məşədi İbad-94 (film, 2005)
  13. Hərənin öz payı+tayı (film, 2006)
  14. "Moskva-Bakı" qatarı (film,2007)
  15. Ci-Mİ (film,2008)
  16. Halal Pullar (film,2008)
  17. Şabaş (film,2020)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ATV. ""5-ci element". Rafael və Coşqun" (az.). Youtube.com. 10.03.2016. İstifadə tarixi: 2016-05-12.