Radio və Televiziya Ali Şurası — Vikipediya

Radio və Televiziya Ali Şurası
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 1994
Baş qərargah
Rəsmi saytı rtuk.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Radio və Televiziya Ali Şurası (türk. Radyo ve Televizyon Üst Kurulu;[1] qısaca RTÜK) — Türkiyənin radioteleviziya yayımlarını monitorinq etmək, tənzimləmək və onlara sanksiya tətbiq etmək üzrə dövlət qurumu. RTÜK 1994-cü ildə təsis edilmişdir və Türkiyə Böyük Millət Məclisi tərəfindən seçilən 9 üzvdən ibarətdir.[2] RTÜK-ün baş qərargahı Ankarada yerləşir, İstanbul, İzmirDiyarbəkirdə yerli ofislərinə malikdir.

Telekommunikasiyainformasiya texnologiyaları sektorları digər dövlət qurumun olan İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumunun (İTKQ) tabeliyindədir.

RTÜK bu yaxınlarda 2009-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 12 üzvü arasında Qara Dəniz Yayım Tənzimləyici Qurumları Forumu (QDYTQF)[3] və 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan 57 dövlət arasında İslam Ölkələrinin Yayım Tənzimləyici Qurumları Forumu (İÖYTQF)[4] kimi audiovizual media xidmətləri sahəsində iki beynəlxalq forumun yaradılması təşəbbüsü ilə çıxış etmişdir.

2022-ci ilin fevralında RTÜK üç beynəlxalq xəbər agentliyindən – "Amerikanın Səsi", "Euronews" və Almaniyanın "Deutsche Welle"dən onlayn yayım lisenziyası üçün müraciət etməyi tələb etmişdir. "Deutsche Welle" bunun "beynəlxalq media xidmətlərinin reportajını məhdudlaşdırmaq" cəhdi olduğunu söyləmişdir. "Amerikanın Səsi" RTÜK-ün onlayn lisenziya tələbinə əməl etməyəcəyini bildirmiş, "internetin məhdud bir mənbə olmadığını və internetin yayılması üçün lisenziya tələbinin yeganə mümkün məqsədinin senzuranı təmin etmək olduğunu" izah etmişdir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. RTÜK website Arxivləşdirilib 2010-01-13 at the Wayback Machine
  2. About the Radio and Television Supreme Council (RTÜK) Arxivləşdirilib 2010-10-26 at the Wayback Machine
  3. "Black Sea Broadcasting Regulatory Authorities Forum". 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  4. "Welcome to IBraf [[[sic]]] Site". 1 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2016.
  5. "VOA, Deutsche Welle to take legal action amid threats of a ban from Turkey"