Rəna Əfəndizadə — Vikipediya

Rəna Əfəndizadə
Şəxsi məlumatlar
Doğum tarixi (94 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
İşləri və nailiyyətləri
Mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979
"Şöhrət" ordeni — 2000 2-ci dərəcəli "Əmək" ordeni — 2019 "Şərəf nişanı" ordeni — 1986

Rəna Mahmud qızı Əfəndizadə (29 noyabr 1929, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979).

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.[1][2]

Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. AzərbaycanBakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.[2]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Prezidentdən Rəna Əfəndizadə ilə bağlı Sərəncam". xezerxeber.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  2. 2,0 2,1 "Müasir memarlıq — Əfəndizadə Rəna". uaa.az. Azərbaycan Memarlar İttifaqı. 14 oktyabr 2016. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  3. "Azərbaycan memarlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 19 aprel 2000. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  4. "R.M.Əfəndizadənin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.