Rəhim Hüseynov (nazir) — Vikipediya

Rəhim Hüseynov
14 may 1992 – 30 yanvar 1993
ƏvvəlkiFeyruz Mustafayev (i. e.)
SonrakıƏli Məsimov (i. e.)
bayraq
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
bayraq2
4 may 1992 – 16 may 1992
SonrakıZiyad Səmədzadə
bayraq
Azərbaycan Respublikası Baş nazirinin müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
bayraq2
22 may 1991 – 4 may 1992
Əvvəlkiözü (vəzifənin adı dəyişdirilib)
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
bayraq2
13 fevral 1989 – 22 may 1991
ƏvvəlkiAyaz Mütəllibov
Sonrakıözü (vəzifənin adı dəyişdirilib)
5 fevral — 22 may 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri kimi
bayraq
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
bayraq2
4 oktyabr 1978 – 13 fevral 1989
Əvvəlkiidarə komitəyə çevrilib
SonrakıAydın Əzizbəyov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi
bayraq2
19 aprel 1974 – 4 oktyabr 1978
ƏvvəlkiNikolay Saakov
Sonrakıidarə komitəyə çevrilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1936(1936-04-05)
Doğum yeri
Vəfat tarixi 12 noyabr 2023(2023-11-12) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Moskva Polad İnstitutu[d] (19531959)
Fəaliyyəti siyasətçi, iqtisadçı, mühəndis

Təltifləri "Xalqlar dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1991

Rəhim Əlihüseyn oğlu Hüseynov (5 aprel 1936, Bakı12 noyabr 2023, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 2-ci Baş naziri (1992–1993).

Həyatı[redaktə | mənbəni redaktə et]

1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatmışdır. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olmuş R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olur. 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən R. Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayır. 1959–1962-ci illərdə R. Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışmışdır. [1]

R. Hüseynov 1962–1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışmışdır.

R. Hüseynov 1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışmışdır.

1989–1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.

1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılmışdır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunmuş, A. Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Respublikanın tanınmış iqtisadçısı kimi R. Hüseynovun namizədliyi irəli sürülmüşdür. R. Hüseynov Azərbaycan Respublikasının baş naziri seçilmişdir.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır.

AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən getmişdir.[2]

Elmi – təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi olmuşdur. R. Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq "Xəzər" fondu təşkil olunmuşdur. Onun təsis konfransında R. Hüseynov yekdilliklə fondun prezidenti seçilmişdir və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

R. Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayəndəsi olmuşdur. O, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, Şərəf nişanı ordenləri və bir sıra medallarla təltif olunmuşdur.

Vəfatı[redaktə | mənbəni redaktə et]

2023-cü ilin noyabrın 12-də vəfat edib. Onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://musavat.com/news/ayaz-mutellibovun-ve-elcibeyin-bas-naziri-rehim-huseynov-kimdir-dosye_1021046.html?d=1
  2. https://e-qanun.az/framework/8165[ölü keçid]
  3. "Azərbaycanın keçmiş Baş naziri vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2023-11-12. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]